ELM VƏ MATERİALİZMİ
BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK
Bütün bu kitab boyu təhlil etdiyimiz məlumatlar bizə təkamül nəzəriyyəsinin heç bir
elmi əsası olmadığını, əksinə, təkamülün iddialarının elmi kəşflərlə açıq şəkildə
ziddiyyət təşkil etdiyini göstərir. Yəni təkamülü himayə edən güc elm deyil. Təkamül
bəzi “elm adamları” tərəfindən müdafiə edilə bilər, amma bunun kökündə başqa “səbəb”
durur.
Həmin “başqa səbəb” materialist fəlsəfədir. Təkamül nəzəriyyəsi materialist
fəlsəfənin təbiətə tətbiq olunmuş formasıdır və bu fəlsəfənin tərəfdarları
tərəfindən elmə zidd olmasına baxmayaraq, müdafiə edilir.
Təkamül nəzəriyyəsi ilə materializm arasındakı əlaqə bu anlayışların “nüfuz”ları
tərəfindən də qəbul edilir. Məsələn, Leon Trotski “Darvinin kəşfi bütün üzvi maddə
sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu” deyə şərh
vermişdir..Təkamülçü bioloq Duqlas Futuyma “Marksın bəşəriyyət
tarixini açıqlayan materialist nəzəriyyəsi ilə birlikdə Darvinin təkamül
nəzəriyyəsi materializm üçün böyük pillə idi” deyə yazır.Təkamülçü paleontoloq Stefen C.Quld isə “Darvin təbiətin
mənşəyini izah edərkən çox əsaslı şəkildə materialist fəlsəfədən istifadə
etdi”deyir.
Karl Marx
|
Materialist fəlsəfə tarixin ən qədim düşüncə tərzlərindən biridir və əsas
xüsusiyyəti maddəni mütləq varlıq hesab etməsidir. Bu tərifə görə, maddə sonsuzdan
bəri mövcuddur və mövcud olan hər şey də maddədən ibarətdir. Materializm Yaradanın
varlığını inkar edir.
Nə üçün materializm doğru düşüncə tərzi deyil? Bir fəlsəfi fikrin doğruluğunu və
ya yanlışlığını yoxlamaq metodu o fəlsəfi fikrin elmlə əlaqədar iddialarını elmi
metodlarla araşdırmaqdır. Məsələn, X əsrdə hər hansı bir filosof ortaya çıxıb Ayın
səthində sehirli ağac olduğunu, bütün canlıların əslində o nəhəng ağacın
budaqlarında meyvə kimi yetişdiklərini və oradan Yerə düşdüklərini irəli sürə bilər.
Bəzi insanlar da bu fəlsəfi fikrə maraq göstərib, onu mənimsəyə bilərlər. Ancaq XX
əsrdə Aya səyahət etdikdə artıq bu cür fəlsəfi fikir irəli sürməyin mənası olmur.
Çünki orada elə bir ağacın olub-olmadığı elmi metodla, yəni müşahidə və təcrübə ilə
aşkar edilir.
Materializmin iddiasını da elmi metodla yoxlaya bilərik. Maddənin sonsuzluqdan
bəri mövcud olub-olmadığını, maddənin onun fövqündə olan bir Yaradan olmadan özünü
nizamlayıb-nizamlaya bilmədiyini və canlıları əmələ gətirib-gətirə bilmədiyini
araşdıra bilərik. Bunu etdikcə görərik ki, materializm əslində çökmüşdür. Çünki
maddənin sonsuzluqdan bəri mövcud olduğu fikri kainatın yoxdan var edildiyini sübut
edən “Big bang” nəzəriyyəsi ilə məhv edilmişdir. Maddənin öz-özünü nizamladığı və
canlıları meydana gətirdiyi iddiası isə “təkamül nəzəriyyəsi” adlanan iddiadır və
kitabın əvvəlindən bəri təhlil etdiyimiz kimi, bu iddianın da əsassız olduğu sübut
edilmişdir.
Əgər bir insan materializmə inanmaqda qərarlıdırsa, materialist fəlsəfəyə olan
bağlılığını hər şeydən üstün tutursa, onda belə davranmır. “Əvvəl materialist, sonra
elm adamı”dırsa, təkamülün elm tərəfindən təkzib edildiyini gördükdə materializmdən
əl çəkməz. Əksinə, təkamülü necə olursa-olsun dəstəkləməyə çalışıb materializmi
xilas etməyə, ayaqda tutmağa çalışar. Bu gün təkamül nəzəriyyəsini müdafiə edən elm
adamlarının vəziyyəti məhz bu cürdür.
Maraqlıdır, bunu bəzən özləri də etiraf edirlər. Harvard Universitetindən məşhur
genetik və səmimi təkamülçü olan Riçard Levontin “əvvəll materialist, sonra elm
adamı” olduğunu belə etiraf edir:
Bizim materializmə inancımız var, bu, “a priori” (əvvəlcədən qəbul edilmiş, doğru
olduğu fərz edilmiş) inancdır. Bizi dünyanı materialist cəhətdən açıqlamağı
vadar edən şey elmi metodlar və qanunlar deyil. Əksinə, materializmə olan “a priori”
bağlılığımız səbəbi ilə dünyanı materialist düşüncə tərzinə görə açıqlayan tədqiqat
metodlarını və məfhumlarını uydururuq. Materializm mütləq doğru olduğuna görə, ilahi
açıqlamanın araya girməsinə izn verə bilmərik.
Levontinin işlətdiyi “a priori” termini çox önəmlidir. Bu fəlsəfi termin heç bir
təcrübi məlumata əsaslanmayan, əvvəlcədən qəbul edilmiş fərziyyə deməkdir. Bir
düşüncənin doğruluğuna dair hər hansı bir məlumat yox ikən onu doğru fərz edir və
elə qəbul edirsinizsə, bu “a priori” düşüncədir. Təkamülçü Levontinin səmimi şəkildə
ifadə etdiyi kimi, materializm də təkamülçülər üçün “a priori” qəbuldur və elmi bu
qəbula uyğunlaşdırmağa çalışırlar. Materializm Yaradanın varlığını qəti şəkildə
inkar etməyə vadar etdiyi üçün əllərindəki yeganə alternativ olan təkamül
nəzəriyyəsinə sarılırlar. Təkamül elmi faktlar tərəfindən nə qədər təkzib edilsə də,
fərqi yoxdur, sözügedən elm adamları onu bir dəfə “a priori doğru” şəklində
qəbul etmişdir.
Bu ön mühakiməli münasibət təkamülçüləri “şüursuz maddənin öz-özünü nizamladığına
inanmaq” kimi elmə və ağıla zidd inanca aparır. Əvvəlki bölmələrdə təhlil etdiyimiz
“maddənin özünü təşkil etməsi” məfhumu bunun bir ifadəsidir.
Dünya səviyyəsindəki təkamülçü təbliğatın əsasında bu materialist doqma durur.
Qərbin qabaqcıl media orqanlarında, məşhur və tanınmış elmi jurnallarında daima
qarşılaşdığımız təkamül təbliğatı bu cür ideoloji və fəlsəfi inancın nəticəsidir.
Təkamül ideoloji baxımdan labüd olduğu üçün elmin standardlarını müəyyən edən
materialist təbəqələr tərəfindən mübahisəsiz tabuya çevrilmişdir.
Digər elm adamları isə öz karyeralarını davam etdirmək üçün bu zorakı nəzəriyyəni
müdafiə etmək və ya səslərini çıxarmamaq məcburiyyətindədirlər. Qərb ölkələrindəki
akademiklər “dosent”, “professor” ünvanlarını almaq və bu elmi dərəcələrini qorumaq
üçün hər il müəyyən elmi jurnallarda məqalə dərc etdirməyə məcburdurlar. Biologiya
ilə məşğul olan bu jurnalların hamısını materialist təkamülçülər idarə edir. Bu
şəxslər təkamül əleyhinə məqalənin dərc olunmasına izn verməzlər. Ona görə hər
bioloq bu hegemon inanca bağlı şəkildə elmi fəaliyyət göstərmək məcburiyyətindədir.
Çünki onlar da təkamülü ideoloji tələbat kimi görən materialist quruluşun bir
hissəsidir. Buna görə kitab boyu təhlil etdiyimiz bütün “qeyri-mümkün təsadüfləri”
gözübağlı müdafiə edirlər.
"Elmi məqsədin" ifadəsi
Məşhur təkamülçü alman bioloq Hoymar von Ditfurtun yazdığı bəzi sətirlər bu
gözübağlı materialist anlayışın gözəl ifadəsidir. Ditfurt həyatın olduqca kompleks
quruluşuna aid misal çəkdikdən sonra bunun təsadüflərlə meydana gəlib-gəlməyəcəyi
sualına cavab olaraq bunları deyir:
Adi təsadüf nəticəsində meydana gəlmiş belə bir uyğunluq həqiqətən mümkündürmü? Bu,
bütün bioloji təkamülün ən əsas sualıdır... Müasir təbiətşünaslığın tərəfdarı olan bir
şəxsin bu suala “bəli” cavabını verməkdən başqa seçimi yoxdur. Çünki təbiət
hadisələrini anlaşılan yollarla açıqlamağı özünə hədəf etmiş, bunları
fövqəltəbii müdaxilənin köməyinə əl atmadan birbaşa təbiət qanunlarına
əsaslanaraq törətməyi qarşısına məqsəd qoymuşdur.
Ditfurtun da bildirdiyi kimi, materialist elm anlayışı həyatı “fövqəltəbii
müdaxilənin”, yəni yaradılışın varlığını qəbul etmədən açıqlamağı özü üçün əsas
prinsip qəbul etmişdir. Bu prinsip bir dəfə qəbul edildikdən sonra ən qeyri-mümkün
ehtimallar belə asanlıqla qəbul edilə bilər.
Bu doqmatik təfəkkürün nümunələrini demək olar ki, hər təkamülçü əsərdə görmək
mümkündür. Təkamülün Türkiyədəki qabaqcıl müdafiəçilərindən olan prof. Əli Dəmirsoy
bunlardan biridir. Prof. Dəmirsoyun fikrincə, həyat üçün mütləq tələb olunan əsas
zülallardan Sitoxrom-C-nin təsadüfən əmələ gəlməsi ehtimalı “bir meymunun
makinada heç səhv etmədən bəşəriyyət tarixini yazma ehtimalı qədər
azdır"
Şübhəsiz ki, belə bir ehtimalı qəbul etmək ağıl və məntiqin ən əsas prinsiplərini
çeynəmək deməkdir. İnsan bir kağız parçası üzərində yazılmış bircə hərf gördükdə
belə o hərfin şüurlu biri tərəfindən yazıldığına əmin olur. Bəşəriyyət tarixindən
bəhs edən kitab gördükdə onun bir müəllifi olduğuna daha çox əmin olur. Ağlı olan
heç kim bu nəhəng kitabın içindəki hərflərin “təsadüfən” yan-yana gəldiyini iddia
etməz.
Ancaq çox qəribədir ki, prof. dr. Əli Dəmirsoy bunu qəbul edir:
Bir Sitoxrom-C zülal zəncirinin əmələ gəlməsi ehtimalı sıfıra bərabərdir. Yəni əgər
həyatın əmələ gəlməsi üçün müəyyən ardıcıllıq lazımdırsa, bu, bütün kainatda bir dəfə
əmələ gələcək qədər az ehtimala malikdir deməkdir. Yaxud da həyatın əmələ gəlməsində
bizim tərif edə bilmədiyimiz fövqəltəbii güclər iştirak etmişdir. Bu sonuncunu qəbul
etmək elmi məqsədə uyğun deyil. Bu təqdirdə birinci fərziyyə üzərində düşünmək
lazımdır.
Prof. Dəmirsoy “fövqəltəbii gücləri qəbul etməmək”, yəni Yaradanın varlığını inkar
etmək üçün qeyri-mümkün olanı üstün tutduğunu yazır. Halbuki elmin məqsədi
“fövqəltəbii güclərin varlığını qəbul etməmək” deyil.
Elm bu məqsədlə hərəkət etmir. Elm heç bir ön mühakiməyə əsaslanmadan ancaq
təbiəti tədqiq edir və bu tədqiqatlarından nəticələr çıxarır. Əgər bu nəticələr
kainatın hər yerində, təbiətdə fövqəltəbii ağılın dizaynının hakim olduğunu
göstərirsə elm, əlbəttə, bunu qəbul etməlidir.
Diqqət edilsə, əslində “elmi məqsəd” deyə ifadə edilən anlayış ancaq maddənin
mövcud olduğu və bütün təbiətin də ancaq maddi amillərlə açıqlana biləcəyindən
ibarət doqmadır. Bu isə “elmi məqsəd” və s. deyil, birbaşa materialist
fəlsəfədir. Materialist fəlsəfə “elmi məqsəd” kimi səthi sözlərin
arxasında gizlənir və elm adamlarını əslində elmdənkənar şeyləri qəbul etməyə məcbur
edir. Belə ki, Dəmirsoy başqa mövzudan – hüceyrədəki mitoxondrilərin mənşəyindən
bəhs edərkən təsadüf açıqlamasını “elmi düşüncəyə olduqca zidd olmasına baxmayaraq”
qəbul etdiyini açıq şəkildə bildirir:
... Ən böyük problem mitoxondrilərin bu xüsusiyyəti necə qazandığıdır. Çünki bircə
fərdin belə təsadüf nəticəsində bu xüsusiyyəti qazanması ağlasığımaz ehtimalların eyni
anda baş verməsini tələb edir... Tənəffüsü təmin edən və hər mərhələdə fərqli şəkildə
katalizator kimi fəaliyyət göstərən fermentlər mexanizmin əsasını təşkil edir. Bu
ferment ardıcıllığını bir hüceyrə tamamilə ehtiva etməlidir, bəzilərini ehtiva etməsi
faydasızdır. Çünki fermentlərin bəzilərinin olmaması hər hansı nəticə verməz. Burada
elmi düşüncəyə olduqca zidd olmaqla bərabər daha doqmatik açıqlama və fərziyyə irəli
sürməmək üçün bütün tənəffüs fermentlərinin bir dəfəyə hüceyrənin içində və oksigenlə
təmasda olmadan əvvəl tam şəkildə mövcud olduğunu istər-istəməz qəbul etməyə
məcburuq.
Bütün bu sətirlərdən başa düşürük ki, təkamül əslində elmi tədqiqatlar nəticəsində
üzə çıxan nəzəriyyə deyil. Əksinə, bu nəzəriyyə materialist fəlsəfənin tələbatlarına
görə əvvəlcə, dəyirmi masa ətrafında uydurulmuş və daha sonra elmi həqiqətlərə
baxmayaraq qəbul etdirilməyə çalışılan tabuya çevrilmişdir. Təkamülçülərin
yazdıqlarından başa düşürük ki, bütün bu səylərin “məqsədi” var və bu məqsəd nəyin
bahasına olursa olsun canlıların yaradılmadığını müdafiə etməyi tələb edir.
Şoklardan qaçmamaq
Bir az əvvəl vurğuladığımız kimi, maddənin fövqündə olan (və ya fövqəltəbii) şeyin
mövcud olduğunu qətiyyətlə inkar edən düşüncə materializmdir. Elm isə belə bir doqmanı
qəbul etməyə məcbur deyil. Elm təbiəti tədqiq etmək və nəticələr çıxarmaqla məsuliyyət
daşıyır.
Elm sözügedən həqiqəti, yəni canlıların yaradıldığı həqiqətini aşkar etmişdir. Bu,
elmi kəşflər tərəfindən ortaya qoyulan açıqlamadır. Canlılardakı qeyri-adi kompleks
formaları tədqiq etdikdə onların əsla təbiət qanunları ilə və təsadüflərlə
açıqlanmayacaq qədər qeyri-adi xüsusiyyətlərə malik olduqlarını görürük. Hər
qeyri-adi xüsusiyyət onu meydana gətirən üstün ağılın göstəricisidir. Canlılar da
üstün güc ilə yaradılmışdır. Bu güc maddənin fövqündə olan ağıla aiddir. Bu ağıl
bütün təbiətin hakimi və sonsuz gücə malik olan Rəbbimiz Allahın ağlıdır. Qısaca
desək, həyat və canlılar yaradılmışdır. Bu materializm kimi doqmatik inanc deyil,
elmi müşahidə və təcrübələrin aşkar etdiyi açıq həqiqətdir.
Bu həqiqətin materializmə inanmağa və materializmi elm hesab etməyə öyrəşmiş elm
adamlarına şok təsiri verdiyini görürük. Bu şok bu gün dünyada təkamül nəzəriyyəsinə
qarşı çıxan ən mühüm şəxslərdən biri olan Maykl Bihi tərəfindən necə ifadə edilir:
Həyatın üstün ağıl tərəfindən dizayn olunduğu anlayışı həyatı sadə təbiət qanunlarının
nəticəsi kimi qəbul etməyə alışmış bizlərdə şok təsiri yaratmışdır. Amma digər əsrlər
də buna bənzər şok təsiri yaşamışdılar və şoklardan qaçmaq üçün bir səbəb də yoxdur.
Bəşəriyyət dünyanın düz olması və ya kainatın mərkəzində yerləşdiyi kimi
doqmalardan xilas olmuşdur. Həyatın dizayn olunmadan, öz-özünə əmələ gəldiyi kimi
materialist və təkamülçü doqmadan da xilas olur.
Bu vəziyyət qarşısında əsl elm adamının üzərinə düşən vəzifə isə materialist doqmadan
əl çəkərək, həyatın və canlıların mənşəyi mövzusunu əsl elm adamına yaraşan şəkildə
obyektiv və səmimi olaraq dəyərləndirməkdir. Əsl elm adamı “şoklardan qaçmamalı”, XIX
əsrin köhnə materialist doqmalarına bağlanaraq qeyri-mümkün ssenariləri müdafiə
etməməlidir.
|