MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ

Kitabın əvvəlki bölmələrində fosil qeydlərinin və müqayisəli anatomiyanın təkamül nəzəriyyəsinin iddialarını təkzib etdiyini nəzərdən keçirmişdik. Ancaq təkamül nəzəriyyəsinin iddiaları əslində növlər arasındakı bu əlaqəni təhlil etməyə ehtiyac qalmadan elə ilk mərhələdə çıxılmaz vəziyyətə düşür. Bu ilk mərhələ yer üzündə ilk canlının necə əmələ gəlməsi sualıdır.

Təkamül nəzəriyyəsi bu suala cavab olaraq canlıların təsadüflər nəticəsində meydana gələn ilk hüceyrə ilə başladığını iddia edir. Ssenariyə əsasən, bundan dörd milyard il əvvəl Yerin ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və ilk canlı hüceyrə meydana gəlmişdir.

Halbuki cansız maddələrin birləşərək canlı əmələ gətirməsi iddiası bu günə qədər heç bir təcrübə və ya müşahidə ilə təsdiqlənməmiş elmdənkənar iddiadır. Əksinə, bütün kəşflər bir canlının ancaq başqa bir canlıdan törədiyini sübut edir. Hər canlı hüceyrə başqa bir hüceyrənin çoxalması ilə əmələ gəlir. Dünyada heç kim ən yaxşı təchizatlı laboratoriyalarda belə cansız kimyəvi maddələri birləşdirərək canlı hüceyrə əmələ gətirməyi bacarmamışdır.

Təkamül nəzəriyyəsi isə insan ağlı, biliyi və texnologiyası nəticəsində belə əldə edilə bilməyən canlı hüceyrəsinin ibtidai dünya şərtləri daxilində təsadüflərlə əmələ gəldiyini iddia edir. Sonrakı səhifələrdə bu iddianın nə üçün elmin və ağılın ən əsas prinsiplərinə zidd olduğunu təhlil edəcəyik.

“Təsadüf” məntiqinə bir nümunə

Bir canlı hüceyrəsinin təsadüflərlə əmələ gəldiyini düşünən bir insan aşağıda izah edəcəyimizə bənzər hekayəyə də asanlıqla inanmalıdır. Bu, bir şəhər haqqında hekayədir.

Fərz edək ki, bir gün qeyri-münbit bir ərazidə qayaların arasında qalmış bir miqdar gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq günəş çıxdıqda qayalarında arasında quruyub bərkiyir və forma alır. Daha sonra onun üçün qəlib vəzifəsini yerinə yetirən qayalar ovulub dağılırlar və ortaya düzgün, formalı, möhkəm kərpic çıxır. Bu kərpic illərlə eyni təbii şərtlər daxilində özü kimi başqa kərpiclərin əmələ gəlməsini gözləyir. Bu gözləmə eyni kərpicdən eyni yerdə yüzlərlə, minlərlə kərpicin əmələ gəlməsinə qədər əsrlərlə davam edir. Bu zaman böyük təsadüf nəticəsində əvvəlcə əmələ gələn kərpiclər də dağılıb pozulmur. Min illərlə fırtınalara, yağışlara, küləklərə, yandırıcı günəş şüalarına, dondurucu soyuğa məruz qalan kərpiclər parçalanmır, çatlamır, başqa yerlərə sovrulub dağılmır, eyni yerdə və eyni möhkəmlikdə digər kərpiclərin əmələ gəlməsini gözləyirlər.

Kərpiclər lazımi miqdarda olduqda külək, fırtına, siklon kimi təbii amillərin təsiri ilə sovrulur və təsadüf nəticəsində yan-yana və üst-üstə planlı şəkildə düzülüb bir bina tikirlər. Eyni zamanda kərpicləri bir-birinə yapışdıran sement, suvaq kimi məmulatlar da “təbii amillərlə” əmələ gəlib qüsursuz plan daxilində kərpiclərin arasına girir və onları bir-birinə bərkidirlər. Bütün bu proseslər başlayarkən torpağın altındakı dəmir filizləri də “təbii amillərlə” formaya düşüb torpağın üstünə çıxaraq kərpiclərin əmələ gətirdiyi binanın bünövrəsini qoyurlar. Nəticədə hər cür məmulatı, taxtası, texniki qurğuları ilə birlikdə bütöv bir bina ortaya çıxır.

Əlbəttə, bina təkcə bünövrədən, kərpicdən və suvaqdan ibarət deyil. Elə isə digər çatışmazlıqlar necə tamamlanmışdır? Cavab sadədir: binanın ehtiyacı olan hər cür məmulat torpaqda var. Şüşələr üçün lazım olan silisium, elektrik kabelləri üçün lazım olan mis, simlər, şalbanlar, mismarlar, su boruları və s. üçün lazım olan dəmir torpağın altında bol miqdarda mövcuddur.

Bütün bu məmulatların formalaşıb binanın içinə yerləşmələri də “təbii amillərin” hünəri ilə baş verir. Əsən külək, yağan yağış, bir az fırtına və yeraltı təkanın da köməyi ilə bütün texniki vəsait, taxta, aksesuarlar kərpiclərin arasında yerli-yerində oturur. İşlər o qədər yolunda getmişdir ki, kərpiclər sonradan təbii şərtlər daxilində şüşə adlı bir şeyin əmələ gələcəyini bilirmiş kimi lazımi pəncərə yerlərini qoyaraq düzülmüşdürlər. Hətta sonradan yenə təsadüflərlə meydana gələn su, elektrik, mərkəzi istilik sistemi qurğuları üçün yerləri də qoymağı unutmamışlar. Bütün işlər o qədər yolunda getmişdir ki, “təsadüflər” və “təbii amillər” qüsursuz dizayn meydana gətirmişdir.

Bu hekayəyə inanan bir şəxs bu qədər açıqlamadan sonra şəhərdəki digər binaların, qurğuların, tikililərin, yolların, xiyabanların, kanalizasiya sisteminin, rabitə və nəqliyyat sistemlərinin necə əmələ gəldiyini də düşünərək tapa bilər. Hətta mövzu ilə bir az əlaqəlidirsə, şəhərin “kanalizasiya sisteminin təkamül prosesi və mövcud tikililərlə uyğunluğu” haqqındakı nəzəriyyələrini açıqladığı bir neçə cildlik “elmi” əsər belə yaza bilər. Bu üstün fəaliyyətlərinə görə akademik mükafata belə layiq görülə bilər, özünü bəşəriyyət tarixini aydınladan düha olduğunu zənn edə bilər.

Darvin  öz dövründə hüceyrənin olduqca sadə quruluşa malik olduğunu zənn edirdi. Darvini dəstəkləyən E.Hekel dənizin dibindən çıxardığı  üstdəki palçığın  öz-özünə  canlanacağı fikrini də ortaya atmışdı.

Canlıların təsadüflərlə əmələ gəldiyini irəli sürən təkamül nəzəriyyəsi elə bu qədər, bəlkə bundan daha çox həqiqətdənkənardır. Çünki tək başına bir hüceyrə bütün iş sistemi, rabitə, nəqliyyat və idarəetməsilə birlikdə böyük bir şəhərə bənzəyən kompleksliyə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton “Təkamül: Böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında hüceyrənin bu kompleks quruluşundan belə bəhs edir:

Həyatın molekulyar biologiyası tərəfindən üzə çıxarılan reallığını qavramaq üçün bir hüceyrəni təqribən bir milyon dəfə böyütməliyik, ta ki diametri 20 km-ə çatsın. Belə olduqda hüceyrə Nyu York və ya London kimi böyük şəhər qədər nəhəng ölçüdəki kosmik gəmiyə bənzəyəcəkdir. Qarşımızda bənzərsiz dərəcədə kompleks sistem və qüsursuz dizayn olduğunu görərik. Hüceyrəni lap yaxından nəzərdən keçirsək, üzərindəki milyonlarla kiçik qapı ilə qarşılaşarıq. Eynilə kosmik gəmidəki avtomatik qapılar kimi bu qapılar daima açılıb-bağlanaraq hüceyrənin içinə və ya xaricinə keçən maddə axınını tənzimləyirlər. Əgər bu qapıların hər hansı birindən içəri girsək, qeyri-adi texnologiya və heyrətamiz kompleksliklə qarşılaşarıq. İnsanların istehsal etdiyi hər şeydən çox üstün olan bu texnologiya bizim yaradıcı zəkamızın həddindən artıq fövqündə durur. Bu sistem “təsadüf” anlayışının hər mənada tamamilə “antitezisini” təşkil edir.

Hüceyrədəki kompleks quruluş və sistemlər

Darvinin dövründə canlı hüceyrəsinin kompleks quruluşu məlum deyildi. Bu səbəbdən, dövrün təkamülçüləri canlıların necə meydana gəlməsi sualına “təsadüflər və təbii hadisələr” cavabını verməyin inandırıcı olduğunu hesab etmişdilər. Darvin ilk hüceyrənin “kiçik və ilıq su gölməçəsində” asanlıqla əmələ gəldiyini irəli sürmüşdü.Darvinin tərəfdarlarından alman bioloq Ernst Hekkel isə araşdırma gəmisiylə okeanın dibindən çıxarılan palçıq qarışığını mikroskop altında tədqiq etmiş və bunun canlıya çevrilən cansız maddə olduğunu iddia etmişdi. “Hekkel palçığı” (Bathybus Haeckelii) adlanan bu “canlanan palçıq” təkamül nəzəriyyəsini irəli sürən şəxslərin canlıları nə qədər bəsit hesab etdiklərinin bir ifadəsi idi.


Fred Hoyle

Lakin canlıları ən kiçik təfərrüatına qədər tədqiq edən XX əsrin texnologiyası hüceyrənin bəşəriyyətin qarşılaşdığı ən kompleks sistemlərdən biri olduğunu üzə çıxardı. Bu gün hüceyrənin içində enerji hazırlayan sistemlər, həyat üçün lazımlı ferment və hormonları istehsal edən fabriklər, istehsal ediləcək bütün məhsullarla bağlı məlumatların qeyd olunduğu məlumat bankı, bir yerdən digərinə xam maddələri və məhsulları daşıyan kompleks daşıma sistemləri, boru xətləri, kənardan gələn xam maddələri işə yararlı hissələrə parçalayan təkmilləşmiş laboratoriyalar və saflaşdırma zavodları, hüceyrəyə daxil olan və ya hüceyrədən xaric edilən məmulatların giriş-çıxışına nəzarət edən peşəkar hüceyrə qılafı zülalları olduğunu bilirik. Bu sadaladıqlarımız hüceyrədəki mürəkkəb quruluşun sadəcə bir hissəsini təşkil edir.

Təkamülçü elm adamı olan U.H.Torp “canlı hüceyrələrinin ən bəsitinin malik olduğu mexanizm belə insanın indiyə qədər hazırladığı, hətta xəyalını qurduğu bütün cihazlardan daha kompleksdir” deyə yazır.

Hüceyrə o qədər kompleksdir ki, bu gün insanın nail olduğu yüksək texnologiya belə bir hüceyrə hazırlaya bilmir. Süni hüceyrə əmələ gətirmək üçün aparılan bütün elmi fəaliyyətlər uğursuzluqla nəticələnmişdir. Belə ki, bu gün hüceyrənin əmələ gətirilməsi hədəfindən əl çəkilmişdir və artıq bu istiqamətdə heç bir elmi fəaliyyət aparılmır.

Təkamül nəzəriyyəsi isə insanın bütün məlumat və texnoloji imkanları ilə əldə edə bilmədiyi bu sistemin ibtidai dünyada “təsadüfən” əmələ gəldiyini irəli sürür. Bu,  mətbəədə baş verən partlayış nəticəsində təsadüfən bir ensiklopediyanın nəşr olunması ehtimalından daha azdır.

İngilis riyaziyyatçısı və astronom Ser Fred Hoyl 12 noyabr, 1981-ci ildə “Təbiət” (Nature) jurnalına verdiyi bir müsahibəsində bu cür bənzətmə etmişdir. Özünün materialist olmasına baxmayaraq, Hoyl təsadüflər nəticəsində bir canlı hüceyrənin meydana gəlməsiylə bir dəmir yığınının qasırğa ilə sovrulması nəticəsində təsadüfən Boing 747 təyyarəsinin əmələ gəlməsi arasında bir fərq olmadığını bildirir. Yəni hüceyrənin öz-özünə təsadüflər nəticəsində əmələ gəlməsi qeyri-mümkündür.

Təkamül nəzəriyyəsinin hüceyrənin necə mövcud olması sualını açıqlaya bilməməsinin ən əsas səbəblərindən biri hüceyrədəki “mürəkkəb komplekslik” xüsusiyyətidir. Bir canlı hüceyrəsi çox sayda kiçik orqanoidin ahəng içində işləməsiylə yaşayır. Bu hissələrdən biri belə olmasa, hüceyrə məhv olar. Hüceyrə təbii seçmə və mutasiya kimi şüursuz mexanizmlərin onu təkmilləşdirməsini gözləyə bilməz. Ona görə də yer üzündə əmələ gələn ilk hüceyrə həyat üçün lazımlı bütün orqanoid və funksiyalara malik, tam hüceyrə olmalıdır.

Zülalların mənşəyi problemi

Hələlik hüceyrəni bir kənara qoyaq. Təkamül nəzəriyyəsi hüceyrənin tərkib hissələrini belə izah edə bilmir. Hüceyrəni təşkil edən yüzlərlə növdə kompleks zülal molekulundan tək birinin belə təbii amillərlə əmələ gəlməsi ehtimalı yoxdur.

Zülallar “amin turşusu” adlanan daha kiçik molekulların müəyyən sayda və növdə xüsusi ardıcıllıqla düzülməsi nəticəsində əmələ gələn böyük molekullardır. Bu molekullar canlı hüceyrələrinin əsasını təşkil edirlər. Ən sadəsi təqribən 50 amin turşusundan ibarət olan zülalların minlərlə amin turşusundan təşkil olunmuş növləri də var.

Mühüm cəhət budur: zülalların quruluşlarındakı bir amin turşusunun belə əskilməsi, yerinin dəyişməsi və ya zəncirə lazım olduğundan artıq amin turşusunun əlavə edilməsi o zülalı yararsız molekul yığınına çevirər. Bu səbəbdən, hər amin turşusu məhz lazımi yerdə, lazımi sırada olmalıdır. Həyatın təsadüflərlə əmələ gəldiyini irəli sürən təkamül nəzəriyyəsi isə bu nizam qarşısında çarəsizdir. Çünki sözügedən nizam əsla təsadüflərlə açıqlanmayacaq qədər qeyri-adidir. (Nəzəriyyə hələ heç amin turşularının “təsadüfən əmələ gəlməsi” iddiasına tutarlı dəlil və ya izahat verə bilmir, bunu da bir az sonra təhlil edəcəyik).

Zülalların funksional quruluşunun təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü hər kəsin asanlıqla anlaya biləcəyi sadə ehtimal hesablamaları ilə də görmək olar.

Məsələn, birləşmədə 288 amin turşusu olan və 12 müxtəlif amin turşusu növündən ibarət orta ölçüdəki bir zülal molekulunun tərkibindəki amin turşuları 10300 fərqli şəkildə düzülə bilər. (Bu, 1 rəqəminin sağına 300 ədəd sıfır düzülməsindən əmələ gələn astronomik saydır). Ancaq bu düzülüşlərdən sadəcə biri sözügedən zülalı əmələ gətirir. Qalan bütün düzülüşlər heç bir işə yaramayan, hətta bəzən canlılar üçün zərərli amin turşusu zəncirləridir. Ona görə, yuxarıda misal çəkdiyimiz zülal molekullarından ancaq birinin təsadüfən əmələ gəlmə ehtimalı “10300-də 1”dir. Bu ehtimalın praktiki şəkildə baş verməsi isə qeyri-mümkündür. (Riyaziyyatda 1050-də 1-dən kiçik ehtimallar “sıfır ehtimal” qəbul edilir).

Sitoxrom-C  zülalının  üç ölçülü mürəkkəb quruluşu. Bu struktur daxilində kiçik dairələrlə təmsil edilən amin turşularının  sıralanmasındakı ən kiçik fərq zülalı  yararsız  hala salar.

Habelə 288 amin turşusundan ibarət bir zülal canlıların orqanizmindəki minlərlə amin turşusundan ibarət zülallarla müqayisə edildikdə olduqca sadə forma hesab edilir. Eyni ehtimal hesablarını bu nəhəng molekullara tətbiq etdikdə isə “qeyri-mümkün” kəlməsinin belə qənaətbəxş olmadığını görürük.
Canlıların inkişafında bir mərhələ də irəlilədikcə tək başına bir zülalın da heç bir şey ifadə etmədiyini görərik. İndiyə qədər məlum olan ən kiçik bakteriyalardan biri olan “Mycoplasma Hominis H 39” belə 600 növ zülaldan ibarətdir. Bu təqdirdə bircə zülalla bağlı apardığımız ehtimal hesablamalarını 600 növ zülala da aid etməliyik. Nəticədə, qarşılaşacağımız rəqəmlər isə “qeyri-mümkün” anlayışının da fövqündədir.

Hal-hazırda bu sətirləri oxuyan və indiyə qədər təkamül nəzəriyyəsini elmi açıqlama hesab etmiş bəzi oxucular bəlkə buradakı rəqəmlərin çox mübaliğəli olduğunu, həqiqətləri əks etdirmədiyini düşünə bilər. Xeyr, bunlar qəti və konkret həqiqətlərdir. Heç bir təkamülçü də bu rəqəmlərə etiraz edə bilməz.

Bir çox təkamülçü bu həqiqəti etiraf edir. Məsələn, Harold Blam adlı bir təkamülçü elm adamı “Məlum olan ən kiçik zülalların belə təsadüfən meydana gəlməsi tamamilə qeyri-mümkün görünür” deyir.

Təkamülçülər molekulyar təkamülün çox uzun zaman davam etdiyini və bu zamanın qeyri-mümkün olanı mümkün etdiyini iddia edirlər. Lakin nə qədər uzun zaman verilsə də, amin turşularının təsadüfən zülal əmələ gətirməsi qeyri-mümkündür. Amerikalı geoloq Uilyam Stouks “Yerin tarixinin əsasları” (Essentials of Earth history) adlı kitabında bu həqiqəti qəbul edərkən “əgər milyard illər boyu milyardlarla planetin səthi lazımi amin turşusu ehtiva edən qatı sulu təbəqə ilə dolu olsaydı, yenə (zülal) əmələ gəlməzdi” yazır.

Bəs, bütün bunlar nə məna verir? Kimya professoru Peri Rivz isə bu suala belə cavab verir:

Bir insan amin turşularının təsadüfən birşəməsindən nə qədər çox orqanizm əmələ gələcəyini düşündükdə həyatın həqiqətən də bu şəkildə əmələ gəldiyini düşünməyin ağlasığmaz olduğunu görər. Belə bir işin baş verməsində Böyük Qurucunun var olduğunu qəbul etmək daha ağlasığandır.

Tək bircinin belə təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan bu zülalların təqribən bir milyon dənəsinin təsadüfən uyğun şəkildə birləşərək tam insan hüceyrəsini meydana gətirməsi isə əsla mümkün deyil. Hüceyrəyə gəlincə, bir hüceyrə əsla zülal yığınından ibarət deyil. Hüceyrənin içində zülallarla birlikdə nuklein turşuları, karbohidratlar, lipidlər, vitaminlər, elektrolidlər kimi başqa bir çox kimyəvi maddə istər quruluş, istərsə funsiya baxımından müəyyən nisbət və dizayn çərçivəsində yerləşirlər. Hər biri də bir çox fərqli orqanoidin içində əsas və ya köməkçi molekul kimi funksiya daşıyır.

Nyu York Universitetindən kimya professoru və DNT mütəxəssisi Robert Şapiro təkcə sadə bir bakteriyanın tərkibindəki 2000 növ zülalın təsadüfən meydana gəlmə ehtimalını hesablamışdır. (İnsan hüceyrəsində isə təqribən 200.000 növ zülal var). Əldə edilən rəqəm 1040.000-də 1-dir. (Bu ədəd 1 rəqəminin yanına 40 min dənə sıfır əlavə edilməsi ilə əmələ gələn ağlasığmaz saydır).

Kardiff Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya professoru Çandra Uikramasinqhe bu ədəd haqqında belə şərh verir:

Bu say (1040.000) Darvini və bütün təkamül nəzəriyyəsini gömmək üçün kifayətdir. Bu planetin və ya başqa birinin üzərində əsla (həyatın əmələ gələcəyi) ibtidai şorba olmamışdır və həyatın başlanğıcı təsadüfən əmələ gəlməyəcəyinə görə, məqsədli bir ağılın məhsulu olmalıdır.

Prof. Fred Hoyl isə bütün bu saylar haqqında belə deyir:

Əslində həyatın ağıl sahibi bir varlıq tərəfindən meydana gəldiyi o qədər aydındır ki, insana bu açıq həqiqətin nə üçün geniş şəkildə qəbul edilmədiyi qəribə gəlir. Bunun (qəbul edilməməsinin) səbəbi elmi deyil, psixolojidir.

“Science news”-un 1999-cu yanvar sayında dərc olunan bir məqaləsində də amin turşularının zülalları necə əmələ gətirdiyinə dair hələ heç bir açıqlama verilmədiyi belə bildirilir:

Heç kim indiyə qədər geniş şəkildə yayılmış amin turşularının zülallara necə çevrildiyinə dair qənaətbəxş açıqlama verə bilməmişdir. İbtidai dünyanın fərz edilən şərtləri amin turlşularını izolyasiya edilmiş təkliyə sürükləyəcək şəkildədir

Sol əlli zülallar

Zülalın əmələ gəlməsiylə bağlı təkamülçü tezislərin həyata keçməsinin qeyri-mümkünlüyünü bir az da hərtərəfli təhlil edək.

Canlılardakı bir zülal molekulunun əmələ gəlməsi üçün təkcə uyğun amin turşularının uyğun sırada düzülmələri kifayət deyil. Bununla yanaşı, zülalların tərkibindəki 20 növ amin turşusundan hər biri  ancaq “sol əlli” olmalıdır. Kimyəvi cəhətdən eyni amin turşusunun həm sağ əlli, həm də sol əlli olmaqla iki fərqli növü var. Bunların aralarındakı fərq üç ölçülü formalarının bir-biri ilə əks istiqamətli olmasından irəli gəlir. Eynilə insanın sağ və sol əlləri arasındakı fərq kimi.

Eyni amino asitin sol əlli (L) və sağ əlli ( D) izomerləri.Canlılardakı zülallar sadəcə sol əlli amino asitlərdən ibarətdir.

Hər iki növ amin turşusu bir-birləri ilə asanlıqla bağlana bilir. Ancaq aparılan təhlillərdə təəccüblü həqiqət üzə çıxmışdır: ən ibtidai orqanizmdən ən alisinə qədər bütün canlılardakı zülallar sadəcə sol əlli amin turşularından əmələ gəlir. Zülalın tərkibinə qatılan bir sağ əlli amin turşusu belə o zülalı yararsız hala salır. Hətta bəzi təcrübələrdə bakteriyalara sağ əlli amin turşuları əlavə edilmiş, ancaq bakteriyalar bu amin turşularını dərhal parçalamışlar, bəzi hallarda isə bu parçaladıqları amin turşularından yenidən öz istifadələri üçün sol əlli amin turşuları inşa etmişlər.

Bir anlıq təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, canlıların təsadüflərlə əmələ gəldiyini fərz edək. Bu halda yenə təsadüflərlə əmələ gəlmiş amin turşuları təbiətdə sağ və sol əlli olmaq üzrə bərabər miqdarda olacaqdılar. Ona görə, bütün canlıların tərkibində sağ və sol əlli amin turşuları qarışıq miqdarda olmalıydı. Çünki kimyəvi cəhətdən hər iki qrupdan olan amin turşularının da bir-birləri ilə asanlıqla birləşməsi mümkündür. Lakin bütün canlı orqanizmlərdəki zülallar ancaq sol əlli amin turşularından ibarətdir.

Zülalların bunların içindən necə sadəcə sol əlli amin turşularını seçdikləri və necə aralarına heç bir sağ əlli amin turşusunun qarışmadığı elm adamlarının heç cür izah edə bilmədikləri mövzulardan biri kimi qalmışdır. Bu cür xüsusi və şüurlu seçicilik təkamül nəzəriyyəsinin düşdüyü çıxılmaz vəziyyətlərdən biridir.

Habelə açıq şəkildə göründüyü kimi, zülalların bu xüsusiyyəti təkamülçülərin “təsadüf” müəmmasını daha da içindən çıxılmaz vəziyyətə salır: “yararlı” bir zülalın əmələ gəlməsi üçün bir az əvvəl də izah etdiyimiz kimi, sadəcə onu təşkil edən amin turşularından bəlli miqdarda qüsursuz düzülüşdə və xüsusi üç ölçülü dizayna uyğun şəkildə birləşmələri də kifayət deyil. Bütün bunlarla yanaşı bu amin turşularının hamısının sol əlli olanlar arasından seçilməsi və içlərində bir dənə də sağ əlli amin turşusu olmaması da vacibdir. Çünki amin turşusu zəncirinə əlavə edilən bir səhv sağ əlli amin turşusunun səhv olduğunu müəyyən edərək onu zəncirdən çıxaracaq hər hansı təbii seçmə mexanizmi də mövcud deyil. Buna görə, bir sağ əlli amin turşusu da sol əlli amin turşularının arasına qarışmamalıdır. Bu da təsadüf anlayışını bir daha əsassız edir.

Bu vəziyyət “Britannika elmi ensiklopediyası”nda belə ifadə edilir:

... Yer üzündəki bütün canlı orqanizmlərdəki amin turşularının hamısı zülallar kimi mürəkkəb polimerlərin tərkib hissələri eyni asimmetriya şəklindədir. Sanki tamamilə sol əllidirlər. Bu, bir baxımdan milyon dəfə havaya atılan bir qəpiyin hər dəfə eyni üzünün yerə düşməsinə bənzəyir. Molekulların necə sol əl və ya sağ əl olduğunu anlamaq olmur. Bu seçim anlaşılmaz şəkildə yer üzündəki həyatın mənbəyinə bağlıdır.249

Bir pul milyon dəfələrlə havaya atıldıqda hər dəfə eyni üzü yerə düşürsə, bunu təsadüflə açıqlamaq, yoxsa birisinin şüurlu şəkildə havaya atılan pula müdaxilə etdiyini qəbul etmək daha məntiqlidir? Cavab aydındır.

Amin turşularındakı sol əlli olma hadisəsinə bənzər vəziyyət nukleotidlər, yəni DNT və RNT-nin tərkib hissələrinə də aiddir. Onlar da canlı orqanizmlərdə olan bütün amin turşularının əksinə, ancaq sağ əlli olanlardan seçilmişdirlər. Bu da təsadüflə açıqlanmayacaq vəziyyətdir.

Nəticədə həyatın mənbəyinin təsadüflərlə açıqlanmasının mümkün olmadığı başdan bəri təhlil etdiyimiz ehtimallarla qəti şəkildə sübut edilir: 400 amin turşusundan ibarət orta ölçüdəki bir zülalın sadəcə sol əlli amin turşularından seçilmə ehtimalını hesablamaq istəsək, 2400-də, yəni 10120-də 1 ehtimal əldə edərik. Bu astronomik rəqəmi izah etmək üçün kainatdakı elektronların  sayının cəminin bu saydan daha az olduğunu, təqribən 1079 olduğunu bildirək. Bu amin turşularının lazımi düzülüşü və funksional orqanı əmələ gətirmə ehtimalları isə daha böyük rəqəmləri əmələ gətirir. Bu ehtimallara birdən çox sayda və növdə zülalın əmələ gəlmə ehtimalını da əlavə etsək, hesablamaların içindən heç çıxmaq olmaz.

Peptid zənciri zərurəti

Təkamül nəzəriyyəsinin bir zülalın əmələ gəlməsi mərhələsi ilə bağlı qarşılaşdığı problemlər buraya qədər sadaladıqlarımızla bitmir. Bir zülalın əmələ gəlməsi üçün lazım olan amin turşusu növlərinin uyğun sayda və ardıcıllıqla və lazımı üç ölçülü formada düzülmələri də kifayət deyil. Bütün bu şərtlərlə bərabər birdən çox qola malik amin turşusu molekulları ancaq müəyyən qollarla bir-birlərinə bağlanmalıdırlar. Bu şəkildəki rabitəyə “peptid rabitəsi” deyilir. Amin turşuları fərqli rabitələrlə bir-birlərinə bağlana bilərlər, ancaq zülallar ancaq və ancaq “peptid” rabitəsi ilə bağlanmış amin turşularından əmələ gəlirlər.

Bunu bir bənzətmə ilə gözünüzdə canlandıra bilərsiniz: məsələn, bir avtomobilin bütün hissələrinin tam və yerli-yerində olduğunu düşünün. Lakin təkərlərdən birisi lazım olduğu yerə vintlərlə deyil, bir sim parçasıyla və ya dairəvi üzü aşağı şəkildə avtomobilə birləşdirilsin. Belə bir avtomobilin motoru nə qədər güclü olsa da, nə qədər qabaqcıl texnologiya ilə istehsal olunsa da, bir metr belə gedə bilməz. Görünüş baxımından hər şey yerli-yerindədir, lakin təkərlərdən birinin yerinə lazım olduğundan fərqli şəkildə bağlanması avtomobili tamamilə yararsız hala salacaqdır. Eynilə bir zülal molekulundakı bir amin turşusunun digərinə peptid rabitəsindən fərqli rabitə ilə bağlanması bu molekulu yararsız edəcəkdir.

Aparılan araşdırmalar öz aralarında təsadüfən birləşən amin turşularının ən çox 50%-nin peptid rabitəsiylə bir-birinə bağlandığını, qalanının isə zülallara uyğun olmayan fərqli rabitələrlə bağlandıqlarını üzə çıxarmışdır. Ona görə bir zülalın təsadüfən əmələ gəlməsi ehtimalını hesablayarkən (sol əlli amin turşusu zərurəti də nəzərə alınmaqla) hər amin turşusunun özündən əvvəlki və sonrakı ilə ancaq və ancaq peptid rabitəsi ilə bağlanması zərurətini də hesaba qatmaq lazımdır. Bu da təxminən 50% ehtimaldır.

Bu ehtimal da zülaldakı hər amin turşusunun sol əlli olması ehtimalı ilə eynidir. Yəni 400 amin turşusundan ibarət bir zülalda bütün amin turşularının öz aralarında ancaq peptid rabitəsi ilə birləşmələri ehtimalı 2399-da 1-dir.

Sıfır ehtimal

Buraya qədər təhlil etdiyimiz üç fərqli ehtimalı (amin turşularının düzgün düzülmə ehtimalı, hamısının sol əlli olma ehtimalı və hamısının peptid rabitəsi ilə birləşməsi ehtimalını) birləşdirsək, 10950-də 1 ehtimal kimi astronomik rəqəm ortaya çıxar. Bu ancaq kağız üstündəki ehtimaldır. Təcrübədə isə belə bir hadisənin baş vermə ehtimalı “sıfırdır”. Riyaziyyatda “1050-də 1” və ya daha kiçik bir ehtimal statistik baxımdan “sıfır”, yəni qeyri-mümkün ehtimal kimi qəbul edilir.

Təkcə bir zülal molekulunu əmələ gətirmək üçün amin turşularının dünyanın başlanğıcından bəri ard-arda heç vaxt itirmədən sınama və yanılma yolu ilə birləşib ayrıldıqlarını fərz etsək belə, yenə də 10950-də 1 ehtimalının baş tutması üçün lazımi müddət dünyanın bu günə qədərki ömründən çox artıqdır.

Bütün bunlardan belə nəticə çıxır: təkamül nəzəriyyəsi hələ tək bir zülalın əmələ gəlməsini açıqlama mərhələsində çətinliyə düşür.
Təkamül nəzəriyyəsinin ən qabaqcıl tərəfdarlarından prof. Riçard Dokinz də nəzəriyyənin düşdüyü çıxılmaz vəziyyəti belə ifadə edir:

in en önde gelen savunucularından Prof. Richard Dawkins de teorinin içinde düştüğü imkansızlığı şöyle ifade etmektedir:

Təhlil etdiyimiz növdən olan “şanslı” hadisə o qədər qorxunc dərəcədə ehtimaldan kənar olacaqdır ki, kainatın hər hansı bir yerində baş vermə şansı hər il milyard dəfə milyardda bir qədər az olacaqdır. Əgər bu ancaq kainatın hər hansı bir yerindəki bir planetdə baş vermişdirsə, bu, bizim planetimiz olmalıdır, çünki biz burada bu mövzu haqqında danışırıq.250

Təkamül nəzəriyyəsinin nüfuzlu tərəfdarlarının birinin bu cür mövqeyi nəzəriyyənin təməl məntiqinin səhv olduğunu çox açıq şəkildə əks etdirir. Dokinzin “Qeyri-mümkünlük dağına dırmaşmaq” adlı kitabında yazdığı yuxarıdakı ifadələri təkamülçülərin klassik “biz buradayıqsa, deməli, təkamül də baş vermişdir” şəklindəki heç bir açıqlaması olmayan ziddiyyətli məntiqinə nümunədir.

Göründüyü kimi, ən mühafizəkar təkamül tərəfdarları belə təkamül nəzəriyyəsinin canlıların hələ başlanğıc mərhələsini açıqlaya bilmədiyini etiraf edirlər. Ancaq çox maraqlıdır ki, bu vəziyyət qarşısında müdafiə etdikləri nəzəriyyənin həqiqətdən kənar olduğunu qəbul etmək əvəzinə, ehkamçı yanaşma ilə təkamülə bağlanmağı üstün tuturlar. Bu, tamamilə ideoloji mühafizəkarlıqdır.

Təbiətdə sınama və yanılma mexanizmi yoxdur





Zülal sintezi:
Ribosom RNT-ni oxuyub və buradakı  məlumata görə amin turşuları ardıcıl şəkildə düzür. Şəkillərdə  val, cysala amin turşularının  ribosom və daşıyıcı RNT tərəfindən ardıcıl düzülməsi görünür. Təbiətdəki bütün zülallar bu həssas əməliyyatla yaradılır. “Təsadüfən” əmələ gələn zülal yoxdur.

Nəticə olaraq buraya qədər bəzi nümunələrini sadaladığımız ehtimal hesablamalarının əsas məntiqilə əlaqədar çox mühüm cəhəti qeyd etmək lazımdır: yuxarıda hesabladığımız ehtimallar zülalların təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu göstərir. Ancaq hadisənin daha mühüm və təkamül nəzəriyyəsi baxımından içindən çıxılmaz tərəfi də var: əslində təbiətdə bu ehtimalların sınama prosesi belə başlaya bilməz. Çünki təbiətdə sınama və yanılma yolu ilə zülal hazırlamağa çalışan mexanizm yoxdur.
500 amin turşusundan ibarət bir zülalın əmələ gəlmə ehtimalını göstərmək üçün verdiyimiz hesablamalar sadəcə ideal (gerçək həyatda baş verməyən) sınama və yanılma mühiti üçün keçərlidir. Yəni şüurlu bir gücün təsadüfən 500 amin turşusunu birləşdirməsi, sonra bunun səhv olduğunu görüb hamısını tək-tək ayırması, daha sonra ikinci dəfə fərqli ardıcıllıqla düzməsi ilə yararlı zülalın əldə edilmə ehtimalı 10950-də 1-dir. Hər sınamada amin turşuları tək-tək ayrılıb yeni ardıcıllıqla düzülməlidir. Bundan başqa, hər sınamada 500 min turşusu da əlavə edildikdən sonra zülal hazırlanması dayandırılmalı və tək bir artıq amin turşusunun qarışmasının qarşısı alınmalı, zülalın əmələ gəlib-gəlmədiyinə baxılmalı, əmələ gəlmədikdə hamısının ayrılıb yeni bir ardıcıllıq sınanmalıdır. Habelə hər sınama əsnasında araya başqa heç bir yad kimyəvi maddə də qarışmamalıdır. Sınama zamanı əmələ gələn zəncirin 500 halqaya çatmadan parçalanmaması da şərtdir. Yəni əvvəldən bəri bəhs etdiyimiz ehtimallar əvvəlini, sonunu və hər mərhələsini şüurlu bir gücün idarə etdiyi, ancaq “amin turşularının seçilməsinin” təsadüflərə həvalə edildiyi tənzimlənən mexanizmlə baş verir. Təbii amillərin bu cür xüsusiyyətlərə malik olması mümkün deyil. Ona görə, təbii mühitdə bir zülalın əmələ gəlməsi tamamilə qeyri-mümkündür.
Bu mövzuları hərtərəfli dəyərləndirməyən və səthi yanaşan şəxslər zülalın əmələ gəlməsini sadə kimyəvi reaksiya kimi düşündükləri üçün “amin turşuları reaksiya nəticəsində birləşib zülal əmələ gətirir” kimi həqiqətdənkənar məntiq irəli sürürlər. Halbuki cansız təbiətdə təsadüfən baş verən kimyəvi reaksiyalar ancaq sadə birləşmələr əmələ gətirirlər. Onların say və növü də müəyyən və məhduddur. Daha kompleks kimyəvi maddə əldə etmək üçün böyük fabriklər, kimyəvi müəssisələr, laboratoriyalar lazımdır. Dərmanlar, gündəlik həyatda istifadə etdiyimiz bir çox kimyəvi maddə elə bu növdəndir. Zülallar isə  sənayedə istehsal edilən bu kimyəvi maddələrdən daha kompleks quruluşa malikdir. Ona görə, hər hissəsinin yerli-yerində və planlı şəkildə yerləşməsi lazım olan mexaniki dizayn və mühəndislik möcüzəsi olan zülalların təsadüfi kimyəvi reaksiyalar nəticəsində əmələ gəlməsi əsla mümkün deyil.

Yuxarıda bəhs etdiyimiz bütün imkansızlıqları bir anlıq bir kənara qoyub yenə də yararlı zülal molekulunun “təsadüfən” öz-özünə əmələ gəldiyini fərz edək. Ancaq bu zaman da təkamül nəzəriyyəsi bir daha çıxılmaz vəziyyətə düşür.

Həyatın mənşəyi mövzusu ilə bağlı təkamülçü səylər

Hər şeydən əvvəl, əsas cəhəti yadda saxlamaq lazımdır: təkamül prosesinin hər hansı bir mərhələsinin qeyri-mümkün olduğunun üzə çıxması nəzəriyyənin kökündən səhv olduğunu və əsassızlığını göstərməsi üçün kifayətdir. Məsələn, sadəcə zülalların təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünün sübut edilməsi təkamülün daha sonrakı mərhələlərə aid bütün digər iddialarını da təkzib etmiş olur. Bundan sonra insan və meymun kəllə sümükləri üzərində fərziyyələr qurmağın da heç bir mənası qalmaz.
Canlıların cansız maddələrdən necə əmələ gəlməsi uzun müddət təkamül nəzəriyyəsi tərəfdarlarının üzərində çox durmaq istəmədikləri problem idi. Ancaq daima görməməzliyə vurduqları bu problem getdikcə gizlədilməyəcək problemə çevrildi və bu problemi XX əsrin ikinci rübündə başlayan bir sıra tədqiqatla həll etməyə çalışdılar.
İlk sual bu idi: ibtidai dünyada ilk canlı hüceyrə necə meydana gəlmişdi? Daha doğrusu, təkamülçülər bu suala necə açıqlama gətirməliydilər?

Bu mövzuya ilk dəfə müraciət edən şəxs  “kimyəvi təkamül” anlayışını ortaya atan rus bioloq Aleksandr İ.Oparin oldu. Oparin bütün nəzəri fəaliyyətlərinə baxmayaraq, həyatın mənşəyini açıqlama baxımından heç bir nəticə əldə edə bilmədi. 1936-cı ildə nəşr etdirdiyi “Həyatın mənşəyi” (Origin of life) adlı kitabında belə deyirdi:

Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini tamamilə əhatə edən ən qaranlıq cəhəti təşkil edir.

Oparindən sonra təkamülçülər hüceyrənin təsadüflərlə əmələ gələcəyini sübut etmək üçün saysız-hesabsız təcrübə, tədqiqat və müşahidə apardılar. Ancaq aparılan hər tədqiqat hüceyrədəki kompleks yaradılışı daha hərtərəfli üzə çıxararaq təkamülçülərin fərziyyələrini daha da təkzib etdi. Almaniyadakı İohannes Qutenberq Universitetinin Biokimya İnstitutunun rəhbəri prof. dr. Klaus Douz bu barədə belə deyir:

Kimyəvi və molekulyar təkamül sahələrində həyatın mənşəyi mövzusunda otuz ildən çox davam etdirilən bütün təcrübələr  həyatın mənşəyi probleminə cavab tapmaqdansa, problemin nə qədər böyük olduğunun qavranmasına səbəb oldu. Hal-hazırda bu mövzudakı bütün nəzəriyyələr və təcrübələr ya çıxılmaz vəziyyətlə bitir, ya da məlumatsızlıq etirafları ilə nəticələnir.

Təkamülçü elmi yazıçı Con Horqan da “Elmin sonu” (The end of science) adlı kitabında həyatın mənşəyi mövzusu haqqında “Bu, müasir biologiyanın əsasını təşkil edən ən zəif hissədir” deyir.

San Diyeqo Skripps İnstitutundan geokimyaçı Cefri Badanın aşağıdakı sözləri isə XX əsrin sonunda təkamülçülərin bu dərin çıxılmaz vəziyyət qarşısındakı çarəsizliklərinin ifadəsidir:

Bu gün XX əsri geridə qoyarkən hələ də XX əsrə daxil olduqda üzləşdiyimiz ən böyük həll olunmamış problemlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başlamışdır?

İndi təkamül nəzəriyyəsin bu “ən böyük həll edilməmiş problemini” təfərrüatı ilə nəzərdən keçirək. Əvvəlcə, məşhur Miller eksperimentini təhlil edək.

Miller eksperimenti

Həyatın mənşəyi ilə bağlı təkamülçü mənbələrin ən çox etibar etdikləri tədqiqat isə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən keçirilən Miller eksperimentidir. (Təcrübə Millerin Çikaqo Universitetindəki müəllimi Harold Yureyin köməyinə görə “Yurey-Miller eksperimenti” kimi də tanınır). Təkamül prosesinin ilk mərhələsi kimi irəli sürülən “kimyəvi təkamül” tezisinə “dəlil” kimi irəli sürülən yeganə cəhd elə bu təcrübədir. Aradan təxminən yarım əsr keçməsinə və böyük texnoloji irəliləyişlər əldə edilməsinə baxmayaraq, bu məsələdə heç bir yeni cəhd edilməmişdir. Bu gün hələ də dərsliklərdə canlıların ilk dəfə əmələ gəlməsinin təkamül baxımından açıqlaması kimi Miller eksperimenti öyrədilir. Çünki bu cür səylərin nəzəriyyələrini dəstəkləmədiyini, əksinə daima təkzib etdiyini anlayan təkamül tədqiqatçıları buna bənzər təcrübələrə əl atmaqdan xüsusilə çəkinirlər.


S.Miller təcrübə aparatı ilə birlikdə.

Stenli Millerin məqsədi milyard illər əvvəlki cansız dünyada zülalların tərkib hissələri olan amin turşularının “təsadüfən” əmələ gəldiklərini göstərən təcrübi dəlil ortaya qoymaq idi. Miller təcrübəsində ibtidai dünya atmosferində mövcud olduğunu fərz edilən (daha sonralar isə mövcud olmadığı məlum olan) ammonyak, metan, hidrogen və su buxarından ibarət qaz qarışığından istifadə etdi. Bu qazlar təbii şərtlər daxilində bir-biri ilə reaksiyaya girmədiklərinə görə təcrübəyə kənardan enerji müdaxiləsi edildi. İbtidai atmosfer mühitində ildırımlardan əmələ gəldiyi düşünülən enerjini süni elektrik mənbəyi vasitəsilə təmin etdi.
Miller bu qaz qarışığını bir həftə boyu 100°C temperaturda qaynatdı, bir tərəfdən də qarışığa elektrik axını verdi. Həftənin sonunda Miller sınaq şüşəsinin dibindəki qarışıqda əmələ gələn kimyəvi maddələri ölçdü və zülalların tərkib hissələrini təşkil edən 20 növ amin turşusundan üçünün sintezləndiyini müşahidə etdi.
Təcrübə təkamülçü dairələrdə böyük sevinc yaratdı və çox böyük uğur kimi təqdim edildi. Hətta müxtəlif KİV-lər hadisədən məst olaraq “Miller həyatı yaratdı” başlığı altında fərziyyələr dərc etdilər. Lakin Millerin sintezlədiyi ancaq “cansız” molekullar idi.
Bu təcrübədən topladıqları cəsarətlə təkamülçülər dərhal yeni ssenarilər uydurdular. Amin turşularından sonrakı mərhələlər də dərhal uyduruldu. Ssenariyə əsasən amin turşuları daha sonra təsadüflər nəticəsində uyğun ardıcıllıqda birləşmiş və zülalları əmələ gətirmişdilər. Təsadüf nəticəsində meydana gələn bu zülalların bəziləri də özlərini bir şəkildə (!) əmələ gəlmiş hüceyrə qılafına bənzər formaların içinə yerləşdirərək hüceyrəni meydana gətirmişdilər. Hüceyrələr də zaman ərzində yan-yana gəlib birləşərək canlı orqanizmləri əmələ gətirmişdilər.

Halbuki bu ssenarinin ən böyük əsası olan Miller eksperimenti hər cəhətdən əsassızlığı sübut edilmiş bir cəhddən başqa bir şey deyildi.

Miller eksperimentini əsassız edən dörd səbəb

Millerin ibtidai dünya mühitində amin turşularının öz-özünə əmələ gəldiklərini sübut etmək məqsədi ilə keçirdiyi təcrübə bir çox cəhətdən əsassızdır. Bunları belə sıralaya bilərik:

1- Miller təcrübəsində “soyuq tələ” (cold trap) adlı bir mexanizmdən istifadə edərək amin turşularını əmələ gəldikləri anda dərhal həmin mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə amin turşularını əmələ gətirən mühitin amilləri bu molekulları əmələ gəldikdən dərhal sonra məhv edəcəkdi.

Halbuki ibtidai dünya mühitində, əlbəttə, bu cür şüurlu mexanizmlər yox idi və bunlar olmadan hər hansı amin turşusu əmələ gəlsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqdılar. Kimyaçı Riçard Blissin bildirdiyi kimi, “bu soyuq tələ olmasa, kimyəvi məhsullar elektrik mənbəyi tərəfindən məhv ediləcəkdi”.

Belə ki, Miller soyuq tələ yerləşdirmədən apardığı daha əvvəlki təcrübələrdə bircə amin turşusu da əldə edə bilməmişdi.

2- Millerin təcrübəsində canlandırmağa çalışdığı ibtidai atmosfer mühiti həqiqi deyildi. 1980-ci illərdə elm adamları ibtidai atmosferdə metan və ammonyak əvəzinə azot və karbondioksid olduğu haqqında ortaq fikrə gəldilər.

Bəs, Miller nə üçün bu qazlar məsələsində israr etmişdi? Cavab sadədir: ammonyak olmadan heç bir amin turşusunun sintezlənməsi mümkün deyil. Kevin MakKin “Discover” jurnalında dərc etdirdiyi məqalədə bu vəziyyəti belə izah edir:

Miller və Yurey dünyanın qədim atmosferini metan və ammonyakı qarışdıraraq süni şəkildə əvəz etdilər... Lakin son elmi tədqiqatlarda o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından meydana gəldiyi məlum olmuşdur. Beləliklə, o dövrdəki kimyəvi atmosfer tərkibi daha çox azot, karbondioksid və su buxarından ibarət olmalıdır. Halbuki bunlar üzvi molekulların əmələ gəlməsi üçün ammonyak və metan qədər uyğun deyillər.

Belə ki, amerikalı elm adamları C.P.Ferris və Ç.T.Çen karbondioksid, hidrogen, azot və su buxarından ibarət qarışıqla Millerin təcrübəsini təkrar həyata keçirdilər və tək bir amin turşusu molekulu da əldə edə bilmədilər.

3-Millerin təcrübəsini əsassız edən digər mühüm cəhət də amin turşularının əmələ gəldiyi irəli sürülən dövrdə atmosferdə amin turşularının hamısını parçalayacaq sıxlıqda oksigen olması idi. Millerin görməməzliyə vurduğu bu həqiqət yaşı 3.5 milyard il olan daşlardakı oksidləşmiş dəmir və uran qalıqları ilə məlum oldu

Oksigen miqdarının bu dövrdə təkamülçü nəzəriyyəçilərin iddia etdiklərindən çox fərqli olduğunu göstərən başqa tapıntılar da üzə çıxdı. Araşdırmalar o dövrdə dünya səthinə təkamülçülərin təxmin etdiklərindən 10 min dəfə çox ultrabənövşəyi şüalar çatdığını göstərdi. Bu sıx ultrabənövşəyi şüalar atmosferdəki su buxarı və karbondioksidi parçalayaraq oksigeni ayırırlar.


Millerin təcrübəsində  təşkil etdiyi şəraitin əslində ibtidai dünya şərtləri ilə heç bir oxşarlığı yox idi.

Bu vəziyyət oksigen nəzərə alınmadan keçirilmiş Miller eksperimentini tamamilə əsassız edirdi. Əgər təcrübədə oksigendən istifadə edilsəydi, metan karbondioksid və suya, ammonyak isə azot və suya çevriləcəkdi. Digər tərəfdən, oksigenin olmadığı mühitdə-hələ ozon təbəqəsi olmadığı üçün – ultrabənövşəyi şüualara birbaşa məruz qalan amin turşuları dərhal parçalanacaqdı. Nəticədə, ibtidai dünyada oksigenin olması da, olmaması da amin turşuları üçün məvhedici mühit deməkdir.

4-Miller eksperimenti nəticəsində canlıların quruluş və funksiyalarını pozan xüsusiyyətlərə malik çox miqdarda üzvi turşular da əmələ gəlmişdi. Amin turşuları təcrid edilməyib bu kimyəvi maddələrlə eyni mühitdə qaldıqda isə onlarla kimyəvi reaksiyaya girərək parçalanacaq və müxtəlif birləşmələrə çevriləcəkdilər.

Bundan əlavə, təcrübə nəticəsində ortaya bol miqdarda sağ əlli amin turşusu çıxmışdı. Ancaq bu amin turşularının varlığı belə təkamül nəzəriyyəsini öz məntiqi içində batırmaq üçün kifayət idi. Çünki sağ əlli amin turşuları canlıların orqanizmində istifadə edilməyən amin turşularıdır. Beləliklə, Millerin təcrübəsindəki amin turşularının əmələ gəldiyi mühit canlılar üçün əlverişli deyil, əksinə, meydana gələn yararlı molekulları parçalayan, yandıran turşu qarışığından ibarət idi.


Millerin özü də 1953-cü ildə apardığı təcrübənin həyatın mənşəyini izah edə bilmədiyini qəbul etdi.

Bütün bunların göstərdiyi yeganə konkret həqiqət var: Miller eksperimenti canlıların ibtidai dünya şərtləri daxilində təsadüfən meydana gəldiyini dəstəkləmir. Təcrübə amin turşusu sintezləməyi hədəfləyən şüurlu və nəzarətli laboratoriya işidir. İstifadə edilən qazların cinsləri və tərkibi nisbətləri amin turşularının əmələ gəlməsi üçün ən ideal ölçülərdə müəyyən edilmişdir. Mühitə verilən enerjinin miqdarı nə əksik, nə də artıqdır, tamamilə lazımi reaksiyaların baş verməsini təmin edən şəkildə tənzimlənmişdir. Təcrübə aparatı ibtidai dünya şərtlərində mövcud olan hər hansı zərərli, məhvedici və ya amin turşusunun əmələ gəlməsinin qarşısını alan ünsür ehtiva etməyəcək şəkildə izolyasiya edilmişdir. İbtidai dünyada mövcud olan və reaksiyaların gedişatını dəyişdirən heç bir element, mineral və ya birləşmə sınaq şüşəsinə qoyulmamışdır. Oksidləşmə səbəbi ilə amin turşularının varlığına mane olan oksigen bunlardan sadəcə biridir. Hazırlanan ideal laboratoriya şərtlərinə gəlincə, “soyuq tələ” (cold trap) adlı mexanizm olmadan amin turşularının eyni mühitdə parçalanmadan qalmaları mümkün deyil.
Əslində, Miller eksperimenti ilə təkamülün “həyatın şüursuz təsadüflər nəticəsində meydana gəlməsi” iddiasını təkzib etmişdir. Çünki təcrübə amin turşularının ancaq bütün şərtləri xüsusi şəkildə tənzimlənmiş laboratoriya mühitində, şüurlu müdaxilələrlə əldə edilə bildiyini göstərir.

Miller eksperimenti Türkiyədəki bəzi mənbələrdə hələ də mühüm elmi kəşf kimi göstərilsə də, əslində təkamülçü dairələr tərəfindən müdafiə edilmir. Son illərdə qərbin elmi jurnallarında təcrübənin həyatın mənşəyini açıqlamaq baxımından bir məna ifadə etmədiyi bildirilir. Məsələn, 1998-ci ilin fevral ayında dərc edilən məşhur təkamülçü elmi jurnalı “Yer”dəki (Earth) “Həyat küpü” adlı məqalədə bu cümlələr işlədilir:

Bu gün Millerin ssenarisi şübhəylə qarşılanır. Bir səbəbi geoloqların ibtidai atmosferin əsasən karbondioksid və azotdan ibarət olduğunu qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller eksperimentində) istifadə edilənlərdən daha az aktivdirlər. Millerin fərz etdiyi atmosfer mövcud olsaydı belə, amin turşuları kimi bəsit molekulları daha mürəkkəb birləşmələrə-zülallar kimi polimerlərə çevirəcək lazımi kimyəvi dəyişikliklər necə əmələ gələ bilərdi ki? Miller özü belə problemin bu yerində əllərini irəli uzadıb “bu bir problemdir” deyərək dərindən ah çəkir: “Polimerləri necə əmələ gətirəcəksiniz? Bu, o qədər asan deyil...”.

Göründüyü kimi, Millerin özü belə bu gün təcrübəsinn həyatın mənşəyini açıqlamaq baxımından bir məna ifadə etmədiyini anlayır. “National geographic”in 1998-ci il mart sayındakı “Yer üzündəki həyatın mənşəyi” adlı məqaləsində isə bu mövzuyla bağlı belə sətirlər yazılmışdır:

Bir çox elm adamı bu gün ibtidai atmosferin Millerin irəli sürdüyündən fərqli olduğunu təxmin edir. İbtidai atmosferin hidrogen, metan və ammonyakdan çox karbondioksid və azotdan ibarət olduğunu düşünürlər. Bu isə kimyaçılar üçün pis xəbərdir! Karbondioksid və azotu reaksiyaya saldıqda əldə edilən üzvi birləşmələr olduqca dəyərsiz miqdardadır. Böyük üzmə hovuzuna atılan bir damla qida boyası ilə eyni nisbətdə olan sıxlığa bərabərdir... Elm adamları bu qədər duru şorbada həyatın əmələ gəlməsini təsəvvür etməyi belə çətin hesab edirlər..

Qısaca desək, nə Miller eksperimenti, nə də başqa heç bir təkamülçü səy yer üzündə həyatın necə əmələ gəlməsi sualını cavablaya bilmir. Bütün tədqiqatlar həyatın təsadüflərlə əmələ gəlməsinin qeyri-mümkün olduğunu sübut edir və beləliklə, həyatın yaradıldığını göstərir. Təkamülçülərin bu açıq həqiqəti qəbul etməmələri isə elmə tamamilə zidd ön mühakimələrə malik olduqlarına görədir. Belə ki, Miller eksperimentini tələbəsi Stenli Miller ilə birlikdə təşkil edən Harold Yurey bu mövzu ilə bağlı belə etiraf edir:

Həyatın mənşəyi mövzusunu araşdıraraq nə qədər çox tədqiq etsək də, həyatın hər hansı bir yerdə təkamül keçirməyəcək qədər kompleks olduğu nəticəsinə gəlirik. (Ancaq) hamımız bir inanc kimi həyatın bu planetdə ölü maddədən təkamüllə əmələ gəldiyinə inanırıq. Lakin komplekslik o qədər böyükdür ki, necə təkamül keçirdiyini təsəvvür etmək belə bizim üçün çətindir.

İbtidai atmosfer və zülallar

Təkamülçü mənbələrdə amin turşularının mənşəyi problemi buraya qədər sadaladığımız bütün əsassızlıqlarına baxmayaraq, Miller eksperimenti ilə ört-basdır edilməyə çalışılır. Bu tutarsız təcrübə ilə sözügedən problemin çoxdan həll olunduğu şəklində təsəvvür verərək təkamül nəzəriyyəsinin içinə düşdüyü çıxılmaz vəziyyətlər gizlədilməyə çalışılır.
Ancaq həyatın mənşəyini təsadüflərlə açıqlama cəhdinin ikinci mərhələsində təkamül nəzəriyyəsini amin turşularından daha böyük problem gözləyir: zülallar. Yəni yüzlərlə fərqli amin turşusunun müəyyən ardıcıllıqla bir-birlərinə bağlanaraq əmələ gətirdikləri canlıların tərkib hissələri.

Zülalların təbii şərtlərdə təsadüfən əmələ gəldiklərini irəli sürmək amin turşularının təsadüfən əmələ gəldiklərini irəli sürməkdən daha ağılsız iddiadır. Amin turşularının zülalları əmələ gətirmək üçün uyğun ardıcıllıqlarda təsadüfən birləşmələrinin riyazi cəhətdən qeyri-mümkünlüyünü əvvəlki səhifələrdə ehtimal hesablamaları ilə təhlil etmişdik. Ancaq zülalın əmələ gəlməsi kimyəvi cəhətdən də ibtidai dünya şərtləri daxilində mümkün deyil.

Zülalların suda sintezlənməsi problemi

Əvvəlki səhifələrdə də bildirdiyimiz kimi, amin turşuları zülal əmələ gətirmək üçün kimyəvi cəhətdən birləşərkən aralarında “peptid rabitəsi” deyilən xüsusi rabitə qururlar. Bu rabitə qurularkən bir su molekulu əmələ gəlir.

Bu vəziyyət ibtidai həyatın dənizlərdə əmələ gəldiyini irəli sürən təkamülçü izahatı əsassız edir. Çünki kimyada Le Şatelye Prinsipi kimi tanınan bir qanuna görə reaksiya nəticəsində su əmələ gəlirsə, bu reaksiyanın (kondensasiya reaksiyası) su ehtiva edən mühitdə baş verməsi mümkün deyil. Sulu mühitdə bu cür reaksiyanın baş verməsi kimyəvi reaksiyalar daxilində “baş vermə ehtimalı ən az olan”dır.

Beləliklə, təkamülçülərin həyatın başladığı və amin turşularının əmələ gəldiyi yerlər kimi bildirdikləri okeanlar amin turşularının birləşərək zülalları əmələ gətirməsi üçün əsla uyğun olmayan mühitlərdir.

Digər tərəfdən, təkamül tərəfdarlarının bu həqiqət qarşısında iddialarını dəyişdirib ibtidai həyatın quruda əmələ gəldiyini irəli sürmələri də qeyri-mümkündür. Çünki ibtidai atmosferdə əmələ gəldiyi fərz edilən amin turşularını ultrabənövşəyi şualardan qoruyacaq yeganə mühit dənizlər və okeanlardır. Amin turşuları quruda ulrtrabənövşəyi şüalar tərəfindən parçalanırlar. Le Şatelye Prinsipi isə amin turşularının dənizlərdə əmələ gəlməsi iddiasını təkzib edir. Bu da təkamül nəzəriyyəsi üçün əsl dilemmadır.

Foks eksperimenti

Əvvəlki səhifədə açıqladığımız müəmma ilə üz-üzə qalan təkamülçü tədqiqatçılar bütün nəzəriyyələrini alt-üst edən bu “su problemini” həll etmək üçün müxtəlif ssenarilər uydurmağa başladılar. Bu tədqiqatçılardan ən məşhuru olan Sidney Foks problemi həll etmək üçün çox qəribə nəzəriyyə irəli sürdü. Onun fikrincə, ilk amin turşuları ibtidai okeanda əmələ gəldikdən dərhal sonra bir vulkanın yanındakı qayalıqlara sürükləniblər. Sonra da tərkibində amin turşuları olan qarışıqdakı su yüksək temperatur nəticəsində buxarlanıb. Beləliklə, “quruyan” amin turşuları zülalları əmələ gətirmək üçün birləşə bilərlər.
Lakin bu “qarışıq” çıxış yolu da o qədər mənimsənilmədi. Çünki amin turşuları Foksun irəli sürdüyü dərəcədə temperatura qarşı müqavimət göstərə bilməzdilər. Aparılan araşdırmalar amin turşularının yüksək temperaturda dərhal məhv olduqlarını üzə çıxarmışdır.
Ancaq Foks həvəsdən düşmədi. Laboratoriyada “çox xüsusi şərtlər daxilində” saflaşdırılmış amin turşularını quru mühitdə isidərək birləşdirdi. Amin turşuları birləşdirilmişdi, ancaq zülallar yenə əldə edilə bilmədi. Əldə etdiyi bir-birinə təsadüfən birləşmiş, bəsit və nizamsız amin turşuları halqaları idi və hər hansı bir canlı zülalına bənzəmirdi. Habelə əgər Foks amin turşularını eyni temperaturda saxlamağa davam etsəydi, əmələ gəlmiş yararsız amin turşusu halqaları yenidən parçalanacaqdı.
Təcrübəni əsassız edən başqa bir cəhət isə Foksun daha əvvəl Miller eksperimentində əldə edilmiş amin turşuları deyil, canlı orqanizmlərdə istifadə edilən saf amin turşuları istifadə etməsi idi. Lakin Millerin təcrübəsinn davamı iddiasındakı təcrübə Millerin gəldiyi nəticəyə əsaslanmalı idi. Amma nə Foks, nə də başqa heç bir tədqiqatçı Millerin əldə etdiyi yararsız amin turşularından istifadə etmədi.

Foksun sözügedən təcrübəsi təkamülçü dairələrdə belə çox müsbət qarşılanmadı. Çünki Foksun əldə etdiyi yararsız amin turşusu zəncirlərinin (proteinoidlərin) təbii şərtlər daxilində əmələ gəlməyəcəyi çox aydın idi. Habelə canlıların tərkib hissəsi olan zülallar hələ də əldə edilməmişdi. Zülalların mənşəyi problemi əvvəldə olduğu kimi hələ də həll edilməmişdi. Məşhur elmi jurnal “Kimya mühəndisliyi xəbərləri”ndə (Chemical engineering news) o dövrdə dərc edilən bir məqalədə Foksun keçirdiyi təcrübə haqqında belə yazılmışdı:

Sidney Foks və digər tədqiqatçılar çox xüsusi isitmə texnikasından istifadə edərək dünyanın ilk dövrlərində heç mövcud olmamış şərtlər daxilində amin turşularını “proteinoidlər” adlanan şəkildə bir-birinə bağlamağı bacardılar. Bununla belə, bunlar canlılardakı çox nizamlı zülallara heç bənzəmirlər. Onlar heç bir işə yaramayan, nizamsız ləkələrdən başqa bir şey deyillər. İlk dövrlərdə bu molekullar, əgər həqiqətən meydana gəlmişlərsə də, onların parçalanmamaları mümkün deyil.

Həqiqətən də Foksun əldə etdiyi “proteinoidlər” həqiqi zülallardan quruluş və funksiya cəhətdən tamamilə fərqli idilər. Zülallarla proteinoidlər arasında mürəkkəb texniki cihazla metal yığını arasındakı qədər fərq vardı.

Foksun “Proteinoid”ləri
Millerin fikirlərindən təsirlənən  Sidney Foks bəzi amin turşularını birləşdirərək  “proteinoid” adlandırdığı yuxarıdakı molekulları meydana gətirdi. Ancaq bu yararsız amin turşusu zəncirlərinin canlı orqanizmi meydana gətirən  əsl zülallarla  əlaqəsi yoxdur. Əslində bütün bu səylər canlılar aləminin nəinki təsadüfən, hətta laboratoriya şəraitində meydana gələ bilməyəciyini göstərirdi.

Habelə bu nizamsız amin turşusu yığınlarının belə ibtidai atmosferdə yaşama imkanları yox idi. Dünyanın o dövrki şərtləri daxilində yer üzünə gələn sıx ultrabənövşəyi şüaların və nəzarətsiz təbii şərtlərin zərərli, məhvedici fiziki və kimyəvi təsirləri bu proteinoidlərin belə yaşamasına imkan vermədən parçalanmalarına səbəb olacaqdı. Amin turşularının ultrabənövşəyi şüaların çata bilmədiyi suyun altında mövcud olmaları isə Le Şatelye prinsipinə görə mümkün deyil. Bu faktlar işığında elm adamları arasında proteinoidlərin həyatın başlanğıcını əmələ gətirən molekullar olduğu fikri getdikcə təsirini itirdi.

DNT molekulunun mənşəyi

Buraya qədər təhlil etdiklərimizin göstərdiyi kimi, təkamül nəzəriyyəsi molekulyar səviyyədə də çətin vəziyyətdədir. Amin turşularının mənşəyini təkamül nəzəriyyəsi heç cür açıqlaya bilmir. Zülalların mənşəyi isə təkamül baxımından daha böyük problemdir.


Uatson və Krik DNT-nin quruluşunu kəşf etdikdə canlılar aləminin əvvəllər zənn edildiyindən daha mürəkkəb olduğunu  ortaya qoydu.

Ancaq problem sadəcə amin turşuları və zülallarla məhdudlaşmır, bunlar sadəcə bir başlanğıcdır. Bunlardan başqa canlı hüceyrəsinin qeyri-adi dərəcədə kompleks quruluşu təkamül baxımından böyük problemdir. Çünki hüceyrə amin turşusundan əmələ gəlmiş zülallardan ibarət bir yığın deyil, insanın indiyə qədər qarşılaşdığı ən kompleks sistemlərdən biridir.
Canlıların mənşəyini təsadüflərlə açqılamağa cəhd edən təkamül nəzəriyyəsi hüceyrədəki ən əsas molekulların varlığını belə əsaslı izah edə bilmirdi, bir tərəfdən də genetika elmindəki irəliləyişlər və nuklein turşularının, yəni DNT və RNT-nin kəşfi nəzəriyyə üçün daha yeni problemlər doğurdu. 1953-cü ildə Ceyms Vatson və Frensis Krik adlı iki elm adamının tədqiqatları DNT-nin heyranedici kompleks quruluşunu və yaradılışını gün işığına çıxardı.
Orqanizmdəki 100 trilyon hüceyrənin hər birinin nüvəsində yerləşən DNT adlı molekul insan orqanizminin tam quruluş planını ehtiva edir. Bir insana aid bütün xüsusiyyətlərin məlumatı xarici görünüşündən daxili orqanların formalarına qədər DNT-nin içində xüsusi şifrə sistemi ilə qeyd edilmişdir. DNT-dəki məlumat bu molekulu təşkil edən dörd xüsusi molekulun düzülmə sırası ilə kodlanmışdır. Nukleotid (və ya azotlu əsas) adlandırılan bu molekullar adlarının baş hərfləri olan A, T, Q, S ilə işarə edilirlər. İnsanlar arasındakı bütün fiziki fərqlər bu hərflərin düzülmə ardıcıllıqları arasındakı fərqdən irəli gəlir. Bu, dörd hərfli əlifbadan ibarət bir növ məlumat bankıdır. DNT-dəki hərflərin düzülmə sırası insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. Boy, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərlə bərabər orqanizmdəki 206 sümüyün, 600 əzələnin, 100 milyard sinir hüceyrəsinin, beyin hüceyrələri arasındakı 1000 trilyon rabitənin, 97.000 km uzunluğundakı damarların və 100 trilyon hüceyrənin planı bir hüceyrənin DNT-sində mövcuddur. Əgər DNT-dəki bu genetik məlumatı kağıza köçürmək istəsək, hər biri təxminən 500 səhifəlik 900 cilddən ibarət nəhəng kitabxana olar. Lakin bu qədər böyük məlumat millimetrin yüzdə biri qədər ölçüdəki hüceyrənin ondan çox kiçik olan nüvəsindəki DNT-sinin genlərində şifrələnmişdir.

DNT təsadüflərlə açıqlana bilməz

Burada bir cəhətə diqqət edilməlidir. Bir geni təşkil edən nukleotidlərdə meydana gələn bir düzülüş səhvi o geni tamamilə yararsız hala salır. İnsan bədənində təqribən 30 min gen olduğu nəzərə alınsa, bu genləri təşkil edən milyonlarla nukleotidin düzgün ardıcıllıqla təsadüfən düzülmələrinin tamamilə qeyri-mümkün olduğu məlum olar. Təkamülçü bioloq Frenk Seylsberi  bu qeyri-mümkünlüklə bağlı belə deyir:

Orta ölçüdəki bir zülal molekulu təqribən 300 amin turşusundan təşkil olunmuşdur. Bunu tənzimləyən DNT zəncirində isə təqribən 1000 nukleotid var. Bir DNT zəncirində dörd növ nukleotid olduğu nəzərə alınsa, 1000 nukleotiddən ibarət bir ardıcıllıq 41000 fərqli şəkildə ola bilər. Kiçik bir loqarifm hesablaması ilə əldə edilən bu rəqəm isə ağılın qavrama həddinin çox fövqündədir.

41000–də 1 “kiçik bir loqarifm hesablaması” nəticəsində 10600-də 1 deməkdir. Bu say 10-un yanına 600 sıfır əlavə edilməsiylə əldə edilir. 10-un yanında 12 dənə sıfır 1 trilyonu ifadə edir, 600 dənə sıfır əlavə edilərkən əldə edilən rəqəmin qavranması həqiqətən qeyri-mümkündür.


Beta-qlobin  geninin DNA şifrələri. Bu şifrələr qanda oksigen daşıyan  hemoqlobin geninin parçalarından birini meydana gətirir. Mühüm olan əgər bu şifrələrdən biri  belə xətalı olarsa, istehsal olunacaq zülalın tamamilə yararsız vəziyyətə düşəcək olmasıdır.

Nukleotidlərin təsadüfən birləşərək RNT və DNT-ni əmələ gətirmələrinin qeyri-mümkünlüyünü fransız təkamülçü elm adamı Pol Oqer də belə ifadə edir:

Təsadüfi kimyəvi reaksiyalar nəticəsində nukleotidlər kimi mürəkkəb molekulların əmələ gəlməsilə bağlı, məncə, iki mərhələni bir-birindən fərqləndirməliyik: tək-tək nukleotidlərin hazırlanması (bu bəlkə mümkün ola bilər) və bunların  xüsusi ardıcıllıqla bir-birinə bağlanmaları. Məhz bu ikincisi qeyri-mümkündür.

Uzun illər molekulyar təkamül nəzəriyyəsini müdafiə edən Frensis Krik belə DNT-ni kəşf etdikdən sonra bu cür kompleks molekulun təsadüfən, öz-özünə təkamül prosesi nəticəsində əmələ gəlməyəcəyini etiraf etmiş və belə demişdir:

Bu günkü mövcud məlumatlar işığında səmimi bir insan ancaq bunu deyə bilər: həyat möcüzəvi şəkildə ortaya çıxmışdır.

Təkamülçü bioloq prof. dr. Əli Dəmirsoy da DNT-nin meydana gəlməsi haqqında bu etirafı etməyə məcbur olmuşdur:

Bir zülalın və nüvə turşusunun (DNT-RNT) əmələ gəlmə şansı təxminlərin çox fövqündə duran bir ehtimaldır. Hətta müəyyən bir zülal zəncirinin əmələ gəlmə şansı astronomik deyiləcək qədər azdı

Burada çox maraqlı bir paradoks da var: DNT ancaq zülalın tərkibindəki bəzi fermentlərin köməyi ilə köçürülə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar əsasında baş verir. Bir-biri ilə əlaqədar olduqlarına görə, köçürülmə prosesi üçün ikisi də eyni anda mövcud olmalıdır. Elmi yazıçı Con Horqan bu dilemmanı belə açıqlayır:

DNT katalitik zülalların və fermentlərin köməyi olmadan etdiyi işi yeni DNT hazırlamaq da daxil olmaqla edə bilməz. Qısaca desək, DNT olmadan zülallar mövcud olmaz, amma DNT də zülallar olmadığı halda əmələ gələ bilməz


DNT-dəki bu fövqəladə məlumat canlılar aləminin təsadüf nəticəsində əmələ gəlmədiyinin və şüurlu şəkildə  yaradıldığının aşkar  sübutudur. Heç bir təbii  proses  DNT-nin  mənşəyini açıqlaya bilmir.

Bu vəziyyət canlıların təsadüfən əmələ gəlməsi ssenarisini bir daha təkzib edir. Amerikalı kimyaçı prof. Homer Ceykobson bu mövzuda belə deyir:

İlk canlı meydana gəldiyi zaman çoxalma planlarının, ətraf mühitdən maddə və enerji təmin etmənin, böyümə sırasının, məlumatları böyüməyə çevirən mexanizmlərin hamısına aid əmrlərin o anda və birlikdə olması labüddür. Bunların hamısının kombinasiyası təsadüfən baş verə bilməz.

Prof. Ceykobson bu ifadələri Ceyms Vatson və Frensis Krik tərəfindən DNT-nin quruluşunun müəyyən edilməsindən iki il sonra yazmışdı. Ancaq elmdəki bütün irəliləyişlərə baxmayaraq, bu problem təkamülçülər üçün hələ də həllini tapmamışdır. Bu səbəbdən, alman biokimyaçı Duqlas R.Hofstadter belə deyir:

Necə oldu ki, genetik məlumat onu şərh edən mexanizmlərlə (ribosomlar və RNT molekulları ilə) birlikdə ortaya çıxdı? Bu sual qarşısında özümüzü cavabla deyil, heyranlıq və təəccüb hissləri ilə qane etməliyik.271

San Diyeqo Kaliforniya Universitetindən Stenli Millerin və Frensis Krikin həmkarı olan məşhur təkamülçü dr. Lesli Orqel isə 1994-cü il tarixli bir məqaləsində həmin həqiqət qarşısında belə deyir:

Olduqca kompleks quruluşa malik olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfən əmələ gəlmələri həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Ona görə, insan həyatın kimyəvi yollarla meydana gəlməsinin əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətindədir.

Bütün bunlarla bərabər nəinki müəyyən informasiya ardıcıllığına malik olan DNT, RNT kimi nuklein turşularının təsadüflər nəticəsində əmələ gəlməsi, onları əmələ gətirən nukleotidlərdən tək birinin belə təsadüflər nəticəsində meydana gəlməsi və ibtidai dünya şərtləri daxilində mövcud olması kimyəvi cəhətdən mümkün deyil. Təkamülçü səpkidə fəaliyyət göstərən məşhur elmi jurnal “Scientific american”da dərc edilmiş bu sətirlər təkamülçülərin bu mövzu ilə bağlı etiraflarını ifadə edir:

İbtidai dünya şərtlərinin təqlid edildiyi həqiqi təcrübələrdə ən sadə molekullar belə az miqdarda əldə edilmişdir. Daha pisi budur ki, bu molekullar əsasən üzvi molekulların ikinci dərəcəli tərkib hissələridir. Normal halda daha mürəkkəb üzvi qarışıqları əmələ gətirən geokimyəvi reaksiyalar nəticəsində onların necə ayrıldığı və saflaşdığı hələ də problem olaraq durur. Daha kompleks molekullarda vəziyyət daha da çətinləşir. Xüsusilə nukleotidlərin tamamilə geokimyəvi mənşəyi qarşımıza böyük çətinliklər çıxarır.

Buraya qədər bəhs edilənlərdən də göründüyü kimi, həyatın kimyəvi yollarla meydana gəlməsi əsla mümkün olmadığına görə həyatı sonsuz qüdrət sahibi Allahın yaratdığı açıq-aşkar üzə çıxır. Təkamülçülərin əsrin əvvəllərindən bəri bəhs etdikləri “kimyəvi təkamül” əsla baş verməmiş bir nağıldır.

Amma bir çox təkamülçü bu və buna bənzər elmdənkənar nağıllara həqiqət kimi inanırlar. Çünki canlıların yaradıldığını qəbul etmək bütün canlılara hakim olan Uca Allahın varlığını qəbul etmək deməkdir. Onlar isə özlərini bu həqiqəti qəbul etməmək üçün şərtləndirmişlər. Maykl Denton “Təkamül: Böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında bu qəribə vəziyyəti belə təsvir edir:

Ali canlıların genetik proqramlarının quruluşu milyardlarla bit (kompyuter informasiya vahidi) informasiyaya və ya 1000 cildlik kiçik kitabxananın içindəki bütün hərflərin düzülməsinə bərabərdir. Bu cür kompleks orqanizmləri əmələ gətirən trilyonlarla hüceyrənin inkişafını müəyyən edən, əmr edən və nəzarət edən saysız-hesabsız mürəkkəb funksiyanın tamamilə təsadüfə əsaslanan proses nəticəsində əmələ gəldiyini iddia etmək isə insan ağlına təcavüzdür. Ancaq bir darvinist bu düşüncəni heç şübhə etmədən qəbul edər!

“RNT dünyası” tezisinin əsassızlığı

70-ci illərdə ibtidai dünya atmosferinin tərkibində olan qazların amin turşusu sintezini qeyri-mümkün etdiyinin məlum olması kimyəvi təkamül nəzəriyyəsinə böyük zərbə oldu. Stenli Miller, Sidney Foks, Siril Ponnamperuma kimi təkamülçülərin illər boyu keçirdiyi “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum oldu. Bu səbəbdən, 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində əvvəlcə, zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.
1986-cı ildə harvardlı kimyaçı Volter Cilbert tərəfindən ortaya atılan bu ssenariyə əsasən, bundan milyard illər əvvəl necə olubsa, öz-özünü köçürə bilən RNT molekulu təsadüfən əmələ gəlib. Sonra bu RNT molekulu ətraf mühitin şərtlərinin təsiri ilə birdən-birə zülallar hazırlamağa başladı. Daha sonra məlumatları ikinci molekulda saxlamaq ehtiyacı yaranmış və necə olubsa, DNT molekulu meydana gəlib.
Hər mərhələsi ayrı-ayrı qeyri-mümkünlüklər zənciri olan bu ssenari həyatın başlanğıcını izah etmək əvəzinə problemi daha da böyütmüş, bir çox cavabsız sualı gündəmə gətirmişdir:

1— Hələ RNT-ni təşkil edən nukleotidlərin bir dənəsinin belə əmələ gəlməsi əsla təsadüflərlə izah edilə bilmir, görəsən, xəyali nukleotidlər necə uyğun ardıcıllıqla düzülərək RNT-ni əmələ gətiriblər? Təkamülçü bioloq Con Horqan RNT-nin təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:

Tədqiqatçılar RNT-ni hərtərəfli şəkildə araşdırdıqca getdikcə daha artıq problem üzə çıxır. RNT ilk dəfə necə əmələ gəlib? RNT və onun tərkib hissələrinin laboratoriyada ən yaxşı şərtlər daxilində sintezlənməsi belə olduqca çətin ikən o, prebiotik (həyatdan əvvəlki) mühitdə necə əmələ gəlib?

2— Təsadüfən əmələ gəldiyini fərz etsək belə, ancaq bir nukleotid zəncirindən ibarət olan bu RNT hansı şüurla özünü köçürməyə qərar vermiş və nə cür mexanizmlə bu köçürməni bacarmışdır? Özünü köçürərkən istifadə etdiyi nukleotidləri haradan tapmışdı? Təkamülçü mikrobioloqlar Cerald Coys və Lesli Orcel vəziyyətin çıxılmaz olduğunu belə ifadə edirlər:

Mübahisə içindən çıxılmaz vəziyyətə çevrilir: mürəkkəb bir polinukleotid şorbasından çıxıb birdən-birə özünü köçürə bilən xəyali RNT əfsanəsi... Bu anlayış ancaq bu günkü prebiotik kimya anlayışımıza əsasən həqiqətdənkənar olmaqla yanaşı, eyni zamanda RNT-nin özünü köçürə bilən bir molekul olması kimi həddindən artıq pozitiv fikri də əsassız edir.

3—Əgər ibtidadi dünyada özünü köçürən RNT əmələ gəldiyini və həmin mühitdə RNT-nin istifadə edəcəyi hər cür amin turşusundan saysız-hesabsız miqdarda olduğunu fərz etsək və bütün bu qeyri-mümkünlüklərin bir yolla həyata keçdiyini düşünsək belə, bu vəziyyət yenə bir zülal molekulunun əmələ gəlməsi üçün kifayət deyil. Çünki RNT təkcə zülalın quruluşu ilə əlaqədar məlumatdır. Amin turşuları isə xam maddədir. Ancaq ortada zülal əmələ gətirən “mexanizm” yoxdur. RNT-nin varlığını zülalın əmələ gəlməsi üçün kafi hesab etmək bir avtomobilin kağız üzərində çəkilmiş çertyojunu o avtomobili təşkil edən minlərlə hissənin üzərinə atıb sonra avtomobilin öz-özünə montaj olunaraq əmələ gəlməsini gözləməklə eyni dərəcədə mənasızdır.

Bir zülal hüceyrə içindəki olduqca kompleks proseslər nəticəsində bir çox fermentin köməyi ilə ribosom adlanan orqanoiddə hazırlanır. Ribosom isə zülallardan ibarət mürəkkəb hüceyrə orqanoididir. Ona görə, bu vəziyyət ribosomun da eyni anda təsadüfən meydana gəlməsi kimi ehtimaldan kənar fərziyyəni doğurur. Təkamül nəzəriyyəsinin və ateizmin məşhur tərəfdarlarından biri olan Nobel mükafatına layiq görülmüş Jak Monod da zülalın sintezlənməsini sadəcə nuklein turşularındakı məlumata reduksiya edilməsinin mümkün olmadığını bu şəkildə açıqlayır:

Şifrə (DNT və ya RNT-dəki məlumat) ötürülmədikcə mənası yoxdur. Dövrümüzdə hüceyrədəki şifrə ötürmə mexanizmi ən az 50 makromolekulyar hissədən ibarətdir ki, bunların özləri də DNT-də şifrələnmişdirlər. Şifrə bu hissələr olmadan ötürülə bilməz. Bu dövranın bitməsi nə vaxt və necə baş vermişdir? Bunu təsəvvür etmək belə həddindən artıq çətindir.

İbtidai dünyadakı bir RNT zənciri hansı iradə ilə bu cür qərar vermiş və hansı metodlardan istifadə edərək 50 xüsusi hissənin işini təkbaşına edərək zülalı əmələ gətirmişdir? Təkamülçülər bu suallara heç bir cavab vermirlər. Məşhur “Təbiət” elmi jurnalında (Nature) dərc olunmuş bir məqalədə də “özünün surətini köçürən RNT” anlayışının tamamilə təxəyyül məhsulu olduğu, əslində heç bir təcrübədə bu cür RNT-nin əldə edilmədiyi bildirilir:

Maynard Smit və Szatmeri “DNT-nin surətinin köçürülməsində baş verməsi ehtimalı o qədər çoxdur ki, bir gendəki bir DNT hissəsinin düzgün köçürülməsini təmin edən ferment zülallarının əvvəlcədən mövcud olmasına ehtiyac var” deyirlər. Bu təqdirdə hələ də məlum olan məlumat və ferment funksiyası daşıyan RNT müəllifləri bunu deməyə məcbur edir: “İlk RNT molekulları öz-özlərinn surətini köçürmək üçün polimerləşdirici zülal fermentinə ehtiyac hiss etməyiblər, öz-özlərinin surətini köçürüblər”. Bu, bir həqiqətdir yoxsa gözləmə? Əsasən bütün bioloqlar üçün bunu bildirməyin açıqlayıcı olduğunu düşünürəm: süni şəkildə sintezlənmiş katrilyonlarla (1024) təsadüfi RNT zənciri arasından bir dənə də özünün surətini köçürən (self-replicating) RNT çıxmamışdır.

Dr. Lesli Orcel “həyatın RNT dünyası ilə başlaması” ehtimalını “ssenari” adlandırır. Orcel bu RNT-nin hansı xüsusiyyətləri daşımalı olduğunu və bunun qeyri-mümkünlüyünü “Scientific american” jurnalının 1994-cü il, oktyabr sayındakı “Yer üzündə həyatın mənşəyi” (The origin of life on the earth) adlı məqalədə belə ifadə edir:

Bu ssenarinin həyata keçməsi üçün ibtidai dünyadakı RNT iki xüsusiyyəti daşımalıdır: zülallar olmadan özünün surətini köçürmə xüsusiyyəti və zülal sintezinin hər mərhələsini həyata keçirmə xüsusiyyəti.

Açıq şəkildə başa düşüldüyü kimi, Orcelin “olmadan olmaz” şərtini qoyduğu bu iki kompleks funksiyanı RNT kimi molekuldan gözləmək elmi düşüncəyə ziddir. Konkret elmi faktlar həyatın təsadüfən əmələ gəlməsi iddiasının yeni versiyası olan “RNT dünyası” tezisinin qeyri-mümkün ssenari olduğunu ortaya qoyur.
Con Horqan da “Elmin sonu” (The end of science) adlı kitabında sonradan əsassızlığı sübut edilmiş məşhur Miller eksperimentini həyata keçirən Stenli Millerin son dövrlərdə irəli sürülən həyatın mənşəyi haqqındakı nəzəriyyələrin olduqca mənasız və alçaldan tərzini bu cür izah edir:

İlk təcrübəsindən təqribən 40 il sonra Miller mənə həyatın mənşəyi tapmacasının cavabını tapmağın özünün və ya başqa hər hansı birinin düşündüyündən daha çətin olduğunu dedi... Millerin “mənasız” və ya “kağız üzərində kimya” adlandırdığı həyatın mənşəyi ilə bağlı yeni tezislərdən heç təsirlənmədiyi görünür. Bəzi hipotezləri o qədər alçaldan tərzdə davrandı ki, onlarla bağlı fikirlərini soruşduqda başını yellədi, ah çəkdi və güldü, sanki bəşəriyyətin axmaqlığını anlayırmış kimi... Stüart Kauffmanın avtokataliz nəzəriyyəsi də bu kateqoriyaya daxildir. Miller “kompyuterdə düsturlar hesablamaq təcrübə demək deyil” deyə cavab verdi. Miller elm adamlarının həyatın harada və nə vaxt başladığını qətiyyən bilməyəcəklərini də təsdiqlədi.

Miller kimi həyatın mənşəyini təkamül baxımından izah etmək üçün ilk dəfə cəhd göstərənlərdən olmuş ən coşğun təkamül tərəfdarlarının belə təkamül haqqında bu qədər ümidsiz ifadələri nəzəriyyənin düşdüyü çarəsiz vəziyyəti açıq şəkildə əks etdirir.

Dizayn təsadüflə izah edilə bilməz

Buraya qədər həyatın təsadüflər nəticəsində meydana gəlməsinin qeyri-mümkün olduğunu təhlil etdik. Yenə də bir anlıq bu qeyri-mümkünlükləri mümkün hesab edək: milyon illər əvvəl yaşamaq üçün hər cür xam maddəni əldə etmiş bir hüceyrənin meydana gəldiyini və bir yolla “həyat qazandığını” fərz edək. Ancaq buradan sonrakı mərhələlər də təkamül nəzəriyyəsinin qarşısında başqa qeyri-mümkünlüklər çıxarır. Bu hüceyrə bir müddət yaşasa belə, bir gün öləcək və öldükdən sonra ortada heç bir canlı varlıq qalmayacaq, hər şey ən başda olduğu kimi olacaqdır. Çünki genetik sistemi olmayan bu ilk canlı hüceyrə özünü çoxalda bilməyəcəyi üçün ölümündən sonra nəsli artmayacaq, həyat da onun ölümü ilə birlikdə başa çatacaqdır.
Genetik sistem isə ancaq DNT-dən ibarət deyil. DNT-dən bu şifrəni oxuyan fermentlər bu şifrələrin oxunması ilə hazırlanan məlumat daşıyıcı RNT, məlumat daşıyıcı RNT-nin bu şifrə ilə gedib çoxalmaq üçün bağlanacağı ribosom, ribosomda çoxalmada istifadə edilən amin turşularını daşıyan RNT və bunun kimi saysız-hesabsız ara funksiyaları yerinə yetirən olduqca kompleks fermentlər də eyni mühitdə olmalıdır. Bundan əlavə, bu mühit ancaq hüceyrə kimi lazımlı bütün xam maddə və enerji imkanlarının olduğu, hər tərəfdən təcrid edilmiş və tamamilə nəzarətdə saxlanılan bir mühit olmalıdır.
Beləliklə, bir üzvi maddə ancaq bütün orqanoidləri ilə birlikdə qüsursuz hüceyrə kimi mövcud olduğu halda özünü çoxalda bilər. Bu da dünyadakı ilk hüceyrənin qeyri-adi dərəcədə kompleks quruluşu ilə bir anda meydana gəlməsi deməkdir.
Bəs, bir kompleks quruluş bir anda mövcud olmuşdursa, bu nə deməkdir?
Bu sualı bir də bu misalı çəkərək verək: hüceyrəni kompleksliyi baxımından qabaqcıl texnologiyaya malik bir avtomobilə bənzədək. (Əslində, hüceyrə motoruna və bütün texniki təchizatına baxmayaraq, avtomobildən daha kompleks və təkmil sistemə malikdir). İndi sual verək: bir gün balta girməyən bir meşənin dərinliklərinə gəzintiyə çıxsanız və ağacların arasında son markalı bir avtomobil görsəniz, nə düşünərdiniz? Görəsən, ilk anda ağlınıza meşədə müxtəlif elementlərin milyon illər ərzində təsadüfən birləşərək belə bir məhsulu meydana gətirməsi gələrdi? Avtomobili təşkil edən bütün xam maddələr – dəmir, plastik maddə, kauçuk və s. torpaqdan və ya onun məhsullarından əldə edilir. Amma bu vəziyyət sizə bu məmulatların “təsadüfən” sintezlənərək, sonra da birləşərək belə bir avtomobili əmələ gətirdiyini düşündürərmi?
Əlbəttə, ağlı yerində olan hər normal insan avtomobilin şüurlu dizaynın məhsulu olduğunu, onun meşəyə necə gəlib çıxdığını düşünər. Çünki kompleks bir quruluşun ani surətdə, bir anda, bütünlüklə ortaya çıxması onun şüurlu dizaynın əsəri olduğunu göstərir.
Kompleks dizaynların tamamilə təsadüflərin əsəri olduğunu düşünmək isə ağılın hüdudlarını aşan bir inanca malik olmaq deməkdir. Təkamül nəzəriyyəsinin həyatın mənşəyi haqqında verməyə çalışdığı hər cür “izah” isə bu şəkildədir. Bu həqiqəti qəbul edən səmimi nüfuzlulardan biri, məşhur fransız zooloq Pier Pol Qrassedir. Qrasse də təkamülçüdür, ancaq darvinist nəzəriyyənin həyatı açıqlaya bilmədiyini müdafiə edir və darvinizmin əsasını təşkil edən “təsadüf” məntiqi haqqında bunları deyir:

Şanslı mutasiyaların heyvanların və bitkilərin ehtiyaclarını təmin etməsinə inanmaq həqiqətən çox çətindir. Amma darvinizm bundan da artığını istəyir: bircə bitki, bircə heyvan tamamlanmaq üçün minlərlə faydalı təsadüfə məruz qalmalıdır. Yəni möcüzələr adi qaydaya çevrilməli, inanılmaz dərəcədə kiçik ehtimallara malik hadisələr asanlıqla baş verməlidir. Xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir.

Bir az əvvəl bəhs etdiyimiz şüurlu dizayna açıq-aşkar nümunə olan yer üzündəki bütün canlılar eyni zamanda təsadüflərin onlara heç bir töhfəsi olmadığının canlı nümunələridir. Hətta nəinki bir canlı varlıq, onun bir sistemi və ya orqanı belə təsadüflərin əsəri olmayacaq qədər kompleks quruluş və sistemdən ibarətdir. Bu mövzudan çox uzaqlaşmadan öz orqanizmimizdən misallar çəkə bilərik.
Buna bir misal gözlərimizdir. İnsan gözü təqribən 40 ayrı hissənin ahəngdarlıqla fəaliyyət göstərməsi nəticəsində görür. Bunlardan biri olmasa, göz heç bir işə yaramaz. Bu 40 ayrı hissənin hər biri də öz daxilində kompleks yaradılışa malikdir. Məsələn, gözün arxa hissəsindəki tor qişa 11 təbəqədən ibarətdir. Hər təbəqənin də ayrı funksiyası var. Tor qişanın daxilində baş verən kimyəvi proseslər isə ancaq səhifələr dolusu formul və sxemlərlə açıqlanacaq qədər mürəkkəbdir.
Təkamül nəzəriyyəsi nəinki bütün canlıların və ya bəşəriyyətin, tək bir canlı gözünün belə “təsadüflər” nəticəsində necə bu cür qüsursuz və kompleks quruluşda meydana gəldiyini açıqlaya bilmir.
Bəs, canlılardakı bu qeyri-adi dərəcədəki xüsusiyyətlər bizə həyatın mənşəyi haqqında nəyi sübut edir? Kitabın əvvəlində də bildirdiyimiz kimi, canlıların mənşəyi haqqında sadəcə iki fərqli açıqlama vermək olar. Bunlardan birisi səhv olan təkamül izahıdır, digəri isə açıq-aşkar “yaradılış həqiqətidir”. Kitab boyu gördüyümüz kimi təkamül iddiası qeyri-mümkündür və elmi kəşflər yaradılışın doğruluğunu sübut edir. Bu həqiqət XIX əsrdən bəri “yaradılış” anlayışını elmdən kənar görən bəzi elm adamlarını təəccübləndirə bilər, amma elm ancaq bu cür təəccüblərlə və həqiqətlərin qəbul edilməsi ilə inkişaf edə bilər. Kardiff Universitetindən tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Uikramasinqh həyatın təsadüflərlə əmələ gəldiyinə on illər boyu inandırılmış elm adamı kimi qarşılaşdığı bu həqiqəti belə izah edir:

Bir elm adamı kimi aldığım təhsil müddətində elmin hər hansı şüurlu yaradılış anlayışı ilə uyğun gəlmədiyinə dair çox güclü təlqinlər almışam. Bu anlayışa qarşı şiddətlə mübarizə aparılmalı idi... Amma hal-hazırda Yaradana inanmağı məcbur edən açıqlamaya qarşı irəli sürülən heç bir ağıllı arqument tapa bilmirəm... Biz həmişə açıq təfəkkürlə düşünməyə alışmışıq və indi həyata dair yeganə məntiqli açıqlamanın təsadüfi xaoslar deyil, yaradılış olduğu nəticəsinə gəlirik.

 
     

238 Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, s. 242
239 Charles Darwin, Life and Letter of Charles Darwin, vol. 2, From Charles Darwin to J. Do Hooker, Mart 29, 1863.
240 W. R. Bird, The Origin of Species Revisited, Thomas Nelson Co., Nashville, 1991, s. 298-99.
241 "Hoyle on Evolution", Nature, cilt 294, 12 Kasım 1981, s. 105.
242 H. Blum, Time's Arrow and Evolution, 158 (3d ed. 1968), cited in W. R. Bird, The Origin of Species Revisited, Thomas Nelson Co., Nashville, 1991, s. 304.
243 W. Stokes, Essentials of Earth History, 186 (4th ed. 1942); W. R. Bird, The Origin of Species Revisited, Thomas Nelson Co., Nashville, 1991, s. 305.
244 J. D. Thomas, Evolution and Faith, Abilene, TX, ACU Press, 1988, s. 81-82.
245 Robert Shapiro, Origins: A Sceptics Guide to the Creation of Life on Earth, New York, Summit Books, 1986, s.127.
246 Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, New York, Simon & Schuster, 1984, s. 148.
247 Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, s. 130.
248 Simpson, Sarah, 1999, "Life's First Scalding Steps", Science News, 155(2):25, Jan. 9.
249 Fabbri Britannica Bilim Ansiklopedisi, cilt 2, Sayı 22, s. 519.
250 Dawkins, Richard, 1996, Climbing Mount Improbable, New York: W.W. Norton, s. 282-283.
251 Alexander I. Oparin, Origin of Life, (1936) NewYork, Dover Publications, 1953 (Reprint), s. 196.
252 Klaus Dose, "The Origin of Life: More Questions Than Answers", Interdisciplinary Science Reviews, cilt 13, no. 4, 1988, s. 348.
253 Horgan, John, 1996, The End of Science, M. A. Addison-Wesley, s. 138.
254 Jeffrey Bada, "Life's Crucible", Earth, Şubat 1998, s. 40.
255 Richard B. Bliss & Gary E. Parker, Origin of Life, California: 1979, s. 14.
256 Kevin Mc Kean, Bilim ve Teknik, Sayı 189, s. 7.
257 J. P. Ferris, C. T. Chen, "Photochemistry of Methane, Nitrogen and Water Mixture As a Model for the Atmosphere of the Primitive Earth", Journal of American Chemical Society, cilt 97:11, 1975, s. 2964.
258 "New Evidence on Evolution of Early Atmosphere and Life", Bulletin of the American Meteorological Society, cilt 63, Kasım 1982, s. 1328-1330.
259 Richard B. Bliss & Gary E. Parker, Origin of Life, California, 1979, s. 25.
260 Earth, "Life's Crucible", Şubat 1998, s. 34.
261 National Geographic, "The Rise of Life on Earth", Mart 1998, s. 68.
262 W. R. Bird, The Origin of Species Revisited, Nashville: Thomas Nelson Co., 1991, s. 325.
263 Kimyacı Richard E. Dickinson bunun nedenini şöyle açıklar: "Eğer protein ve nükleik asit polimerleri öncül monomerlerden oluşacaksa polimer zincirine her bir monomer bağlanışında bir molekül su atılması şarttır. Bu durumda suyun varlığının polimer oluşturmanın aksine ortamdaki polimerleri parçalama yönünde etkili olması gerçeği karşısında, sulu bir ortamda polimerleşmenin nasıl yürüyebildiğini tahmin etmek güçtür." (Richard Dickerson, "Chemical Evolution", Scientific American, cilt 239:3, 1978, s. 74.)
264 S. W. Fox, K. Harada, G. Kramptiz, G. Mueller, "Chemical Origin of Cells", Chemical Engineering News, 22 Haziran 1970, s. 80.
265 Frank B. Salisbury, "Doubts about the Modern Synthetic Theory of Evolution", American Biology Teacher, Eylül 1971, s. 336.
266 Paul Auger, De La Physique Theorique a la Biologie, 1970, s. 118.
267 Francis Crick, Life Itself: It's Origin and Nature, New York, Simon & Schuster, 1981, s. 88.
268 Prof. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları, 1984, s. 39.
269 John Horgan, "In the Beginning", Scientific American, cilt 264, Şubat 1991, s. 119.
270 Homer Jacobson, "Information, Reproduction and the Origin of Life", American Scientist, Ocak 1955, s. 121.
271 Douglas R. Hofstadter, Gödel, Escher, Bach: An Eternal Golden Braid, New York: Vintage Books, 1980, s. 548.
272 Leslie E. Orgel, "The Origin of Life on Earth", Scientific American, cilt 271, Ekim 1994, s. 78.
273 Cairns-Smith, Alexander G. 1985, "The First Organisms", Scientific American 252: 90, June.
274 Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, s. 351.
275 John Horgan, "In the Beginning", Scientific American, cilt 264, Şubat 1991, s. 119.
276 G. F. Joyce, L. E. Orgel, "Prospects for Understanding the Origin of the RNA World", In the RNA World, New York: Cold Spring Harbor Laboratory Press, 1993, s. 13.
277 Jacques Monod, Chance and Necessity, New York: 1971, s. 143.
278 Dover, Gabby L. 1999, Looping the Evolutionary loop, Review of the origin of life from the birth of life to the origin of language, Nature 399: 218.
279 Leslie E. Orgel, "The Origin of Life on the Earth", Scientific American, Ekim 1994, cilt 271, s. 78.
280 Horgan, John, 1996, The End of Science, M. A. Addison-Wesley, s. 139.
281 Pierre-P. Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, s. 103.
282 Chandra Wickramasinghe, Interview in London Daily Express, 14 Ağustos 1981.

© 2011 www.heyatingercekmenseyi.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz.