HOMOLOGİYA XƏTASI

Yer üzündəki müxtəlif canlı növlərini nəzərdən keçirən hər insan bu növlər arasında bəzi oxşar orqan və xüsusiyyətlər olduğunu müşahidə edə bilər. XVIII əsrdən etibarən bioloqların diqqətini çəkən bu faktı təkamül nəzəriyyəsi ilə əlaqələndirən ilk şəxs isə Darvin olmuşdur. Darvin oxşar (homoloji) orqanlara malik canlıların bir-birləri ilə təkamül xarakterli əlaqəsi olduğunu və bu canlıların bir ortaq əcdaddan gəldiyini irəli sürmüşdür. Onun fikrincə, məsələn, göyərçinlərin də qanadları var, qartalların da qanadları var, deməli, göyərçinlər, qartallar və bunlar kimi bütün quşlar ortaq bir əcdaddan təkamül yolu ilə törəmişlər.

Lakin homologiya heç bir dəlilə əsaslanmayan, ancaq xarici görünüşlərə əsasən ortaya atılmış səthi fərziyyədir. Bu fərziyyə Darvindən dövrümüzə qədər heç bir konkret kəşf ilə təsdiqlənməmişdir. Əvvəla, homoloji formalara malik canlıların təkamülçülər tərəfindən irəli sürülən xəyali ortaq əcdadlarının fosillərinə yer üzünün heç bir təbəqəsində rast gəlinməmişdir. Bundan əlavə:

  1. Təkamülçülərin heç bir təkamül əlaqəsi qura bilmədikləri, tamamilə fərqli siniflərə aid canlılarda belə ortaq homoloji orqanların olması,
  2. Homoloji orqanlara malik olan canlılarda bu orqanların genetik şifrələrinin çox fərqli olması,
  3. Homoloji orqanlara malik canlılarda bu orqanların embrioloji inkişaf mərhələlərinin bir-birindən çox fərqli olması homologiyanın təkamülə heç bir əsas təşkil etmədiyini göstərmişdir.

İndi bunları sıra ilə təhlil edək.

Morfoloji homologiya iddiasının əsassızlığı

Təkamülçülərin homologiya tezisi oxşar morfologiyalara (formalara) malik bütün canlılar arasında təkamül xarakterli əlaqə qurma məntiqinə əsaslanır. Halbuki aralarında heç bir təkamül xarakterli əlaqə qura bilmədikləri növlərin də bir-birlərinə çox bənzəyən (homoloji) orqanları var. Qanad buna misaldır. Məməli növü olan yarasada qanad var, quşlarda qanad var, milçəklərdə də qanad var, bundan başqa keçmişdə yaşamış uçan sürünənlərdə də var. Lakin bu dörd fərqli sinif arasında təkamülçülər hər hansı təkamül əlaqəsi, qohumluq qura bilmirlər.


Osminoqlar təkamülçülərin iddia etdikləri “nəsil ağacı”na görə insana ən uzaq canlılardan biridir. Ancaq bu canlının gözü ilə insan gözü tamamilə eyni quruluşdadır. Bu hal oxşar quruluşların təkamülə sübut olmadığının göstəricisidir.

Buna dair digər nümunə isə fərqli canlıların gözlərindəki heyrətləndirici bənzərlik və quruluş cəhətdən oxşarlıqdır. Məsələn, oktapod (səkkizayaqlı ilbiz) və insan aralarında heç bir təkamül əlaqəsi qurula bilməyən çox fərqli canlılardır. Lakin hər ikisinin də gözləri forma və funksiya baxımından bir-birinə çox yaxındır. İnsanla oktapodun oxşar gözlərə malik ortaq əcdadları olduğunu isə təkamülçülər iddia edə bilmirlər.

Bu vəziyyət qarşısında təkamülçülər bu orqanların “homoloji” (ortaq əcdaddan törəyən) orqanlar deyil, “analoji” (aralarında təkamül əlaqəsi olmadığı halda bir-birinə çox bənzəyən) orqanlar olduğunu söyləyirlər. Məsələn, insan gözü ilə oktapod gözü onların fikrinə görə analoji orqandır. Ancaq bir orqanı homoloji kateqoriyaya, yoxsa analoji kateqoriyaya aid edəcəkləri sualı tamamilə təkamül nəzəriyyəsinin ön mühakimələrinə əsasən cavablanır. Bu isə bənzərliklərə əsaslanan təkamülçü iddianın elmi cəhəti olmadığını göstərir. Təkamülçülərin etdiyi yeganə şey doğru hesab etdikləri təkamül doqmasına əsasən qarşılarına çıxan tapıntıları şərh etməkdən ibarətdir.

Lakin verdikləri izah  olduqca əsassızdır. Çünki “analoji” hesab etdikləri orqanlar bəzən həddindən artıq kompleks formalarına baxmayaraq, bir-birlərinə o qədər bənzəyir ki, bu bənzərliyin təsadüfi mutasiyalar nəticəsində əmələ gəldiyini irəli sürmək böyük məntiqsizlikdir. Əgər oktapodun gözü təkamülçülərin iddia etdikləri kimi təsadüfən əmələ gəlmişsə, necə olur ki, onurğalı gözü eyni təsadüfləri təkrarlayaraq üzə çıxır? Bu sualı düşünməkdən “başı ağrayan” məşhur təkamülçü Frenk Seylsberi belə yazır:

Uçan sürünən, quş və yarasa qanadları. Arada heç bir təkamülçü əlaqə qurula bilməyən bu qanadlar oxşar quruluşa sahibdirlər.

Başda kenqurular olmaqla, Avstraliya qitəsində yaşayan məməlilərin hamısı “kisəlilər” sinfinə daxildir. Təkamülçülərə görə, dünyanın digər bölgələrindəki ətənəli məməlilərlə heç bir təkamül əlaqələri yoxdur.

Göz qədər kompleks orqan belə müxtəlif canlılarda ayrı-ayrı ortaya çıxmışdır. Məsələn, oktapodda, onurğalılarda və buğumayaqlılarda. Bunların bir dəfəyə əmələ gəlmələrini açıqlamaq kifayət qədər problem yaradır, müasir sintetik (neo-darvinist) nəzəriyyəyə əsasən, mərhələlərlə, ayrı-ayrı necə meydana gəldiklərini düşünmək isə başımı ağrıdır.

Təkamülçü nəzəriyyəyə əsasən, qanadlar da bir-birindən asılı olmadan dörd dəfəyə “təsadüfən” meydana gəlmişdir: həşəratlarda, uçan sürünənlərdə, quşlarda və uçan məməlilərdə (yarasalarda). Təbii seçmə-mutasiya mexanizmləri ilə açıqlana bilməyən qanadların dörd dəfəyə ayrı-ayrı əmələ gəlmələri, həm də əmələ gələn qanadların bir-birinə bənzəmələri təkamülçü biolqolar üçün başqa bir başağrısına səbəb olur.

Bu mövzuda təkamülçü tezisi çıxılmaz vəziyyətə salan ən konkret nümunələrdən biri də məməlilərdədir. Müasir biologiyanın ortaq qəbuluna əsasən, bütün məməlilər üç əsas kateqoriyaya bölünür: ətənəlilər, kisəlilər və yumurta ilə çoxalan məməlilər. Təkamülçülər bu fərqin məməlilər hələ ilk dəfə meydana gəldikdə əmələ gəldiyini və hər üç kateqoriyanın bir-birlərindən tamamilə azad şəkildə ayrı təkamül tarixi keçirdiyini güman edirlər. Ancaq maraqlıdır ki, ətənəlilər və kisəlilər arasında bir-birlərinin demək olar ki, eyni olan “cütlər” var. Kisəli canavarlar, pişiklər, sincablar, qarışqayeyənlər, göstəbəklər və siçanlar həm ətənəlilər kateqoriyasında, həm də kisəlilər kateqoriyasında bir-birlərinə çox bənzər formaları ilə mövcuddurlar.Yəni təkamül nəzəriyyəsinə əsasən, bir-birləri ilə tamamilə əlaqəsiz mutasiyalar bu canlıları iki dəfə “təsadüfən” əmələ gətirməlidirlər! Bu həqiqət təkamül baxımından başağrısından daha böyük sıxıntılara səbəb olan problemdir.

Ətənəli və kisəli məməlilər arasındakı maraqlı bənzərliklərdən biri Şimali Amerika canavarı ilə Tasmaniya canavarı arasındadır. Bu canlılardan birincisi ətənəlilər, ikincisi isə kisəlilər sinfinə aiddir. Təkamülçü bioloqlar bu iki fərqli canlı növünün tamamilə ayrı təkamül tarixinə malik olduqlarına inanırlar(Avstraliya qitəsinin və ətrafındakı adaların Antarktikadan ayrılmasından etibarən kisəli və ətənəli məməlilərin əlaqələrinin kəsildiyi güman edilir və bu dövrdə heç bir canavar növü yoxdur). Ancaq maraqlısı budur ki, Tasmaniya   canavarı   ilə   Şimali  Amerika canavarının skelet quruluşları, demək olar ki, tamamilə eynidir. Xüsusilə kəllə sümükləri arxa səhifədəki şəkildə göründüyü kimi bir-birlərinə həddindən artıq oxşardır.

Hemologiyanı  rədd edən məməlilər



Tazmanya kurdunun Kafatası

Kuzey Amerika kurdunun kafatası

Tasmaniya və Şimali Amerika canavarı. Kisəli məməlilərlə plasentalı məməlilər arasında “ekiz” növlərin olması homologiya iddiasına böyük bir zərbədir. Məsələn, yuxarıdakı kisəli Tasmaniya canavarı  ilə Şimali Amerikada yaşayan plasentalı canavar bir-birlərinə çox  oxşayırlar. Sağda bu iki canlının bir-birinə oxşar  kəllə sümüklərini görürsünüz. Heç bir  təkamül qohumluğu  iddia edilə bilinməyən  iki canlı arasında bu qədər oxşarlığın olması hemologiya iddiasını əsassız edir.

Təkamülçü bioloqların “homologiyaya” nümunə hesab etmədikləri bu cür qeyri-adi bənzərliklər oxşar orqanların ortaq əcdaddan təkamül yolu ilə törəmə tezisinə dəlil olmadığını göstərir. Daha da maraqlısı budur ki, bəzi canlılarda da bunun tam tərsi müşahidə edilir. Yəni təkamülçülər tərəfindən çox yaxın qohum hesab olunduğu halda bəzi orqanları tamamilə fərqli formalara malik canlılar var. Məsələn, dəniz qabıqlıları sinfindəki növlərin çox böyük hissəsində “qırılma tipli” büllurlu göz quruluşu var. Qabıqlıların təkcə iki növü – ilbiz və krevet isə bu göz quruluşundan tamamilə fərqli olan “əks etdirmə tipli” şüşəli gözə malikdir. (Bax: Sadələşdirilməz komplekslik fəsli).


Böyük dişlərə sahib olan və bir-biri ilə heç bir əlaqəsi olmayan iki məməli.  Plasentalı və kisəli məməlilər arasındakı fövqəladə  oxşar “ekiz”lərə  başqa bir nümunə: yırtıcı  məməli Smibdon (sağda) və Thylacosmilusdur (solda). Hər ikisi böyük  qabaq dişlərə sahib olan və heç bir təkamülçü əlaqənin  qurulması mümkün olmayan  bu canlıların kəllə sümükləri və diş quruluşlarının oxşar olması bənzər quruluşlara sahib olan canlıların  təkamülə sübut olaraq təqdim olunan hemologiya anlayışını cıxılmaz vəziyyətə salır.

Homologiyanın genetik və embrioloji problemi

Homologiya iddiasını təkzib edən kəşf “homoloji” qəbul edilən orqanların, demək olar ki, hamısının çox fərqli genetik şifrələr tərəfindən tənzimlənməsidir. Məlum olduğu kimi, təkamül nəzəriyyəsi canlıların genlərdə əmələ gələn təsadüfi və kiçik dəyişikliklərlə, yəni mutasiyalarla inkişaf etdiyini irəli sürür. Ona görə, bir-birlərinin yaxın təkamül qohumları hesab edilən canlıların genetik quruluşları da oxşar olmalıdır. Xüsusilə də oxşar orqanları bir-birinə yaxın gen quruluşu tərəfindən tənzimlənməlidir. Halbuki genetik tədqiqatlar bu təkamülçü tezislə tamamilə ziddiyyət təşkil edən faktlar ortaya qoymuşdur.

Oxşar orqanlar, əsasən, çox fərqli genetik kodlar (DNT şifrələri) tərəfindən müəyyən edilir. Bununla bərabər, fərqli canlıların DNT-lərindəki oxşar genetik kodlar da çox fərqli orqanlara uyğun gəlir. Maykl Denton “Təkamül: Böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabının “Homologiya iddiasının uğursuzluğu” (The failure of homology) başlıqlı bölməsində bu mövzuya dair bir çox nümunə verir və mövzunu belə xülasə edir:

Homoloji formalar, əsasən, homoloji olmayan genetik sistemlər tərəfindən müəyyən edilir və homologiya məfhumuna çox nadir şəkildə embriologiyada rast gəlinir.

Bu genetik problem məşhur təkamülçü bioloq Qeyvin De Bier tərəfindən də dilə gətirilmişdir. De Bier 1971-ci ildə nəşr olunmuş “Homologiya: Həll edilməmiş problem” (Homology: An unsolved problem) adlı kitabında bu mövzunu çox ətraflı təhlil etmiş və homologiyanın təkamül nəzəriyyəsi baxımından nə üçün problem olduğunu belə xülasə etmişdir:

Eyni genlər tərəfindən tənzimlənmədikləri halda homoloji orqanların, yəni eyni formaların ortaya çıxmaları hansı mexanizm nəticəsində ola bilər? Bu sualı 1938-ci ildə də verdim və hələ də cavablandırılmayıb.

De Bierin bu sözləri söyləməsindən təqribən 30 il keçməsinə baxmayaraq, sual hələ də cavabsızdır.

Homologiya iddiasını təkzib edən üçüncü dəlil isə əvvəldə də bildirdiyimiz embrioloji inkişafdır. Homologiya məsələsindən təkamülçü tezisin əsaslı hesab edilməsi üçün oxşar formaların embrioloji inkişaf prosesləri, yəni yumurtadakı və ya ana bətnindəki inkişaf mərhələləri də paralel olmalıdır. Halbuki oxşar orqanların embrioloji inkişaf prosesi hər canlıda bir-birindən fərqlidir. Bioloq Pere Alberk də bu mövzu ilə bağlı belə deyir:

Homoloji orqanların tamamilə fərqli başlanğıc formalarından əmələ gəldikləri istisnadan çox bir qanundur.

Oxşar orqanların bir-birinə heç bənzəməyən proseslər nəticəsində əmələ gəlməsinə inkişaf dövrünün son dövrlərində də çox rast gəlinir. Məlum olduğu kimi, bir çox heyvan növü yetkinləşməyə doğru gedən yolda “dolayı inkişaf” adlanan bir prosesdən, yəni sürfə mərhələsindən keçir. Məsələn, bir çox qurbağa həyata üzən sürfələr kimi başlayır və metamorfozun ən son dövründə dördayaqlı heyvana çevrilir. Bununla belə, sürfə dövründən keçməyən və birbaşa inkişaf edən bir çox qurbağa növü də var. Ancaq birbaşa inkişaf edən sözügedən qurbağa növlərinin çoxunun yetkinləri sürfə mərhələsindən keçərək inkişaf edən digər qurbağa növlərindən demək olar ki, heç ayırd edilmirlər. Eyni hadisəyə dəniz kirpilərində və digər bəzi buna bənzər növlərdə də rast gəlinir.

Qısaca desək, genetik və embrioloji tədqiqatlar Darvinin “canlılarn bir ortaq əcdaddan təkamül yolu ilə törədiklərinn dəlili” kimi tərif etdiyi homologiya anlayışının əslində heç cür bu tərifə dəlil olmadığını göstərir. Homologiya səthi baxdıqda “inandırıcı” görünən, amma hərtərəfli tədqiq edildikdə əsassızlığı açıq şəkildə üzə çıxan təkamülçü xətadır.

Tetrapodların barmaq quruluşu ilə bağlı homologiya xətası

Morfoloji homologiya iddiasının, yəni canlılardakı forma bənzərliklərinə əsaslanan təkamülçü tezisin əsassızlığını təhlil etdik. Ancaq bu barədə məşhur bir nümunəni bir az da yaxından təhlil etməkdə fayda var. Bu nümunə təkamüllə bağlı, demək olar ki, hər kitabda homologiyanın ən açıq dəlili kimi göstərilən “tetrapodların beşbarmaqlı əl və ayaq quruluşu” misalıdır.

Tetrapodların, yəni quruda yaşayan onurğalıların ön və arxa ayaqlarında beş barmaq var. Bunlar həmişə barmaq görünüşündə olmasa da, sümük quruluşu etibarilə “beşbarmaqlı” (pentadactyl) hesab edilir. Qurbağanın, kərtənkələnin, sincabın və ya meymunun əl və ayaqları bu formadadır. Hətta quşların və yarasaların da sümük quruluşları bu əsas dizayna uyğundur.

Quruda yaşayan onurğalı canlıların  hamısının  əl və ayaqlarında beş barmaqlı sümük quruluşunun olması təkamülçü nəşrlərdə  on illərdir ki, “darvinizmin böyük sübutu” olaraq göstərilir. Ancaq son tətdiqatlar bu sümük quruluşlarının çox müxtəlif genlər tərəfindən idarə edildiyini ortaya çıxarmışdı. Buna görə də  bu gün beş barmaqlılıq hemologiyası fərziyyəsi  iflasa uğramışdır.

Təkamülçülər isə bütün bu canlıların bir ortaq əcdaddan gəldiyini iddia etmiş və beşbarmaqlılıq faktını da uzun zaman buna dəlil hesab etmişlər. Bu iddianın elmi əsası olmadığı isə məlumdur.

Əvvəla, bu gün təkamülçülər belə aralarında heç bir təkamül əlaqəsi qura bilmədikləri müxtəlif canlı qruplarında beşbarmaqlılıq xüsusiyyəti olduğunu qəbul edirlər. Məsələn, təkamülçü bioloq M.Kouts 1991-ci və 1996-cı illərdə dərc olunan iki ayrı elmi məqaləsində beşbarmaqlılıq (pentadactyl) faktının bir-biri ilə əlaqəsi olmayan iki mərhələdə ortaya çıxdığını bildirir. Koutsun fikrinə görə, beşbarmaqlı forma həm antrakozavrlarda, həm də amfibiyalarda bir-birindən əlaqəsiz şəkildə ortaya çıxmışdır.Bu tapıntı beşbarmaqlılıq faktının “ortaq əcdad” fərziyyəsinə dəlil olmadığının bir göstəricisidir.

Təkamülçü tezisi bu məsələdə çətinliyə salan digər cəhət də sözügedən canlıların həm ön, həm də arxa ayaqlarının beşbarmaqlı olmasıdır. Halbuki təkamülçü ədəbiyyatda ön və arxa ayaqların bir “ortaq əcdaddan” gəldiyi irəli sürülmür və ayrı-ayrı inkişaf etdikləri fərz edilir. Ona görə də ön və arxa ayaqların quruluşunun da fərqli təsadüfi mutasiyalar nəticəsində müxtəlifləşdiyi gözlənməməlidir. Maykl Denton bu mövzudan belə bəhs edir:

Gördüyümüz kimi, bütün quruda yaşayan onurğalıların ön ayaqları eyni beşbarmaqlı dizayna malikdir və bu da təkamülçü bioloqlar tərəfindən bu canlıların ortaq əcdaddan törədiyi şəklində şərh edilir. Ancaq arxa ayaqlarda da yenə eyni beşbarmaqlı dizayn var və istər sümük quruluşu, istərsə də embrioloji inkişaf mərhələsi cəhətdən ön ayaqlara çox bənzəyirlər. Ancaq heç bir təkamülçü arxa ayaqların ön ayaqlardan törədiyini və ya arxa və ön ayaqların ortaq əcdaddan təkamül yolu ilə törədiyini müdafiə etmir... Əslində bioloji məlumat artdıqca canlılardakı bənzərlikləri ortaq əcdaddan törədiyi fərziyyəsi ilə açıqlamaq fikri getdikcə zəifləyir... Təkamül adından irəli sürülən digər bir çox “dolayı dəlil” kimi homologiya ilə bağlı dəlillər də inandırıcı deyil, çünki həddindən artıq anormallıqla, çox sayda əks-nümunə ilə və qəbul edilmiş (təkamül xarakterli) mənzərəyə sığışdırılmayan bir çox faktla qarşılaşır.

Beşbarmaqlılıq homologiyası ilə bağlı təkamülçü iddiaya əsl zərbə isə molekulyar biologiyadan gəlmişdir. Təkamülçü KİV-lərdə uzun müddət müdafiə edilən “beşbarmaqlılıq homologiyası” fərziyyəsi bu barmaq quruluşuna malik olan canlılarda barmaq formalarının çox fərqli genlər tərəfindən tənzimləndiyi məlum olduqda əsasını itirmişdir. Təkamülçü bioloq Uilyam Fiks beşbarmaqlılıq haqqında təkamülçü tezisin təkzib olunmasından belə bəhs edir:

Təkamül haqqında homologiya məsələsinə tez-tez əl atan keçmiş dərsliklərdə müxtəlif heyvanların skeletlərindəki ayaqların forması xüsusi vurğulanırdı. Belə ki, bir insanın qolunda, bir quşun qanadlarında və bir yarasanın üzgəclərindəki beşbarmaqlı forma bu canlıların ortaq əcdaddan törədiklərinə dəlil hesab edilirdi. Əgər bu müxtəlif formalar mutasiyalar və təbii seçmə yolu ilə mərhələ-mərhələ dəyişdirilsəydilər, yəni gen-kompleksi tərəfindən tənzimlənsəydilər, bu nəzəriyyənin də bir mənası olacaqdı. Amma təəssüf ki, vəziyyət belə deyil. Homoloji orqanların fərqli növlərdə tamamilə fərqli genlər tərəfindən tənzimləndiyi artıq məlumdur. Ortaq əcdaddan törəyən oxşar genlər üzərində qurulmuş homologiya fərziyyəsi artıq çökmüşdür.

Diqqət edilsə, Uilyam Fiks “beşbarmaqlılıq homologiyası” haqqındakı təkamülçü iddiaların keçmiş dərsliklərdə verildiyini, ancaq molekulyar dəlillərin üzə çıxmasından sonra bu iddiaların təkzib edildiyini söyləyir. Ancaq bəzi təkamülçülər hələ də bu mövzunu təkamülə böyük dəlil göstərib özlərinə təsəlli verirlər.

Molekulyar homologiya iddiasının əsassızlığı

Təkamülçülərin təkcə morfoloji səviyyədə deyil, molekulyar səviyyədə irəli sürdükləri homologiya iddiası da əsassızdır. Təkamülçülər müxtəlif canlı növlərinin DNT şifrələrinin və ya zülal quruluşlarının bənzər olduğundan bəhs edirlər və bunu bu canlı növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərinin dəlili kimi izah edirlər. Məsələn, təkamülçü KİV-lərdə tez-tez “insan DNT-si ilə meymun DNT-si arasında böyük bənzərlik” olduğu deyilir və bu, insanla meymun arasında təkamül xaraktlerli əlaqə olduğu iddiasının dəlili kimi təqdim edilir.

Əvvəla, bildirmək lazımdır ki, yer üzündə yaşayan canlıların bir-birlərinə yaxın DNT quruluşuna malik olmaları təbiidir. Çünki canlıların əsas həyati funksiyaları bir-birlərinə yaxındır və insan da canlı orqanizmə malik olduğuna görə digər canlılardan fərqli DNT quruluşuna malik olması gözlənmir. İnsan da digər canlılar kimi karbohidratlar, yağlar və zülallarla qidalanaraq inkişaf edir, onun da orqanizmində qan dövranı hərəkət edir, hüceyrələrində hər saniyə oksigen istifadə edilərək enerjiyə çevrilir.

Ona görə, canlıların genetik bənzərliklərinin olması bir ortaq əcdaddan təkamüllə törədikləri iddiasına dəlil kimi göstərilə bilməz. Təkamülçülər əgər ortaq əcdaddan təkamüllə törəmə nəzəriyyəsini əsaslandırmaq istəyirlərsə, bir-birinin əcdadı olduğu iddia edilən canlıların molekulyar quruluşlarında da əcdad-törəmə əlaqəsi olduğunu göstərməlidirlər. Halbuki bir az sonra görəcəyimiz kimi, bu istiqamətdə heç bir konkret fakt yoxdur.

Əvvəlcə, “insan DNT-si ilə meymun DNT-si arasındakı bənzərlik” mövzusunu təhlil edək. Əgər bu mövzuda bir az geniş tədqiqat aparılsa, daha maraqlı başqa canlıların DNT-sinin də insanınkına bənzədiyini görmək olar. Bu bənzərliklərdən biri insanlarla nematodlar sinfinə aid soxulcanlar arasındadır. “New scientist” jurnalında verilən genetik təhlillər nematod soxulcanlar ilə insan DNT-lərində 75% bənzərlik olduğunu göstərir.Bu, əlbəttə, insan ilə nematodlar arasında sadəcə 25%-lik fərq olduğu demək deyil! Əgər təkamülçülərin uydurduğu nəsil ağacına baxsaq, insanın daxil edildiyi Xordalılar (Chordata) tipi ilə Nematodlar (Nematoda) sinfinin 530 milyon il əvvəl belə bir-birlərindən ayrı olduqlarını görərik. Bu vəziyyət açıq şəkildə göstərir ki, iki müxtəlif canlı kateqoriyasının DNT zəncirlərindəki bənzərlik bu canlıların ortaq əcdaddan təkamüllə törəməsi iddiasına dəlil deyil.


Molekulyar səviyyədə heç bir orqanizm başqasının əcdadı deyil. Digərindən daha ibtidai və ya ali deyil.

Təkamülçülərin “insan ilə meymun arasındakı genetik bənzərlik” mövzusunda istifadə etdikləri nümunələrdən digəri insanda 46, şimpanze və qorillalarda isə 48 xromosomun olmasıdır. Təkamülçülər xromosom saylarının yaxınlığını təkamül əlaqəsinin göstəricisi kimi qəbul edirlər. Halbuki əgər təkamülçülərin məntiqi doğrudursa, insanın meymundan daha yaxın qohumu olmalıdır: Kartof! Çünki kartofun xromosom sayı insana qorilla və şimpanzedən daha yaxındır: 46. Yəni insan və kartof xromosomları bərabər saydadır. Bu vəziyyət DNT bənzərliyinin təkamülə dəlil olmadığının açıq göstəricisidir.

Belə ki, müxtəlif növlərə və siniflərə aid canlıların DNT və xromosom təhlilləri nəticəsində əldə edilən faktlar müqayisə edildikdə canlıların DNT və xromosomlarındakı oxşarlıqların və ya fərqlərin irəli sürülən heç bir təkamülçü məntiq və ya təkamül əlaqəsi ilə uyğun gəlmədiyi açıq şəkildə üzə çıxır. Təkamülçü tezisə əsasən, canlıların kompleks quruluşlarında mərhələli inkişaf olmalı, buna paralel olaraq genetik məlumatları təşkil edən xromosomların sayı da mərhələli şəkildə artmalıdır. Lakin əldə edilən faktlar bu tezisin tamamilə təxəyyül məhsulu olduğunu göstərir.

Məşhur təkamül nəzəriyyəçilərindən  olan rus elm adamı Dobjanski canlılar və DNT-ləri arasındakı bu qaydasız əlaqənin təkamülün açıqlaya bilmədiyi böyük problem olduğunu belə ifadə edir:

Daha kompleks canlıların əsasən sadə canlılara nisbətən hüceyrələrində daha artıq DNT-ləri var. Lakin bu qaydada istisnalar var. Amphiuma (amfibiya), Propterus (ağciyərli balıq) və hətta adi qurbağalar və quruda yaşayan qurbağalar tərəfindən keçilən insan isə cədvəldə birinci olmaqdan çox uzaqdır. Nə üçün bu vəziyyət bu qədər uzun müddət boyu tapmaca kimi qalmışdır?

Molekulyar səviyyədəki digər müqayisələr də təkamülçü izahları təkzib edən bir çox tutarsızlıq nümunələri üzə çıxarmışdır. Müxtəlif canlılardakı zülal düzülüşləri laboratoriyalarda təhlil edildikcə ortaya təkamülçülər baxımından heç gözlənilməyən, hətta bəzən heyrətamiz nəticələr çıxır. Məsələn, insandakı Sitoxrom-C zülalının atdakından 14 amin turşusu qədər, kenqurudakından isə sadəcə 8 amin turşusu qədər fərqi var. Sitoxrom-C zülalının düzülüşü təhlil edildikdə tısbağaların insanlara sürünənlər olan zınqırovlu ilanlardan daha yaxın olduğu görülür. Bu vəziyyət təkamülçü düşüncə tərzinə əsasən təhlil edildikdə tısbağaların insanlarla ilanlardan daha yaxın qohum olduğu kimi mənasız nəticə çıxacaqdır.

Məsələn, toyuq və su ilanı arasındakı 100 kodonda 17, at və akula arasındakı 16, hətta iki ayrı şöbəyə aid it və soxulcan milçəyi arasındakı 15 amin turşusu qədər fərqdən belə daha böyükdür.

 Buna bənzər həqiqətlər hemoqlobində də görülmüşdür. Bu zülalın insandakı düzülüşü lemurunkindən 20 amin turşusu qədər fərqli ikən donuzdakından sadəcə 14 amin turşusu qədər fərqlənir. Vəziyyət digər zülallarda da təxminən eynidir.

Təkamülçülər bu təqdirdə insanın təkamül cəhətdən kenquruya atdan daha yaxın olması və ya donuzla lemurdan daha yaxın qohum olması nəticəsinə gəlməlidirlər. Halbuki bu nəticələr indiyə qədər qəbul edilmiş bütün “təkamül nəsil ağacı” sxemlərinə ziddir. Zülallar arasındakı oxşarlıqlar təəccüblü sürprizlər hazırlamaqda davam edir. Məsələn:

Kembricdən Adrian Fraydey və Martin Bişop əllərindəki “tetrapodların zülal düzülüşü” faktlarını təhlil etmişlər. Heyrətamiz nəticələr üzə çıxıb, təxminən bütün nümunələrdə insan və toyuq bir-birlərinə ən yaxın qohum kimi uyğun gəlmişlər. Növbəti ən yaxın qohum isə timsahdır..

Bu oxşarlıqlara təkamülçü məntiqlə yanaşdıqda insanın ən yaxın təkamül qohumunun toyuq olması kimi cəfəng nəticəyə gəlməliyik. Pol Erbriç molekulyar təhlillərin çox fərqli canlı siniflərini bir-birinə yaxın kimi göstərən nəticələr verdiyini belə vurğulayır:

Təqribən eyni forma və funksiyalara malik zülallara (homoloji zülallar) filogenetik cəhətdən fərqli,  hətta bir-birindən çox fərqli canlı siniflərində getdikcə artan sayda rast gəlinir. (Məsələn, onurğalılardakı, bəzi onurğasızlardakı və hətta bəzi bitkilərdəki hemoqlobin kimi)

Cənubi Karolina Universiteti Tibb fakültəsindən biokimya üzrə tədqiqatçı dr. Kristian Şveyb molekulyar sahədə təkamülə dəlil tapmaq üçün uzun illər sərf etmiş elm adamıdır. Xüsusilə insulin və relaksin növündən olan zülallar üzərində təhlillər apararaq canlılar arasnda təkamül qohumluğu qurmağa çalışmışdır. Lakin fəaliyyətlərinin heç birində təkamülə hər hansı bir dəlil əldə edə bilmədiyini dəfələrlə etiraf etməyə məcbur olmuşdur. “Elm” (Science) jurnalındakı bir məqaləsində belə deyir:

Molekulyar təkamül qohumluqların üzə çıxarılması üçün demək olar ki, paleontologiyadan daha üstün metod kimi qəbul edilməyə başlandı. Bir molekulyar  təkamülçü kimi bununla fəxr etməliyəm. Amma əksinə, növlərin nizamlı inkişafını göstərməli olan molekulyar oxşarlıqların bir çox istisnası olması narahatlıq törədir. Bu istisnalar o qədər çoxdur ki, əslində istisnaların və qəribəliklərin daha mühüm məna daşıdıqlarını düşünürəm.

Molekulyar səviyyədə heç bir orqanizm başqa birinin atası deyildir. O birindən daha ibtidai və ya daha inkişaf etmiş deyildir.

Şveybin relaksinlər üzərində apardığı tədqiqatlar maraqlı nəticələr ortaya qoymuşdur:

Yaxın qohum olduğu bildirilən növlərin relaksinləri arasındakı böyük fərqlərlə bərabər donuzun və balinanın relaksinləri tamamilə eyni çıxmışdır. Siçanlardan, Yeni Qvineya donuzundan, insandan və donuzdan götürülən molekullar bir-birlərindən təqribən 55% fərqlənirlər. Buna baxmayaraq, insulin insanı şimpanzedən daha çox donuza yaxınlaşdırır.

Şveyb insulin və relaksindən başqa digər bir çox zülal düzülüşlərini müqayisə etdikdə də eyni həqiqətlə qarşılaşmışdır. Relaksin və insulin növlərinin ortaya qoyduğu istisnalardan başqa təkamülün irəli sürdüyü şəkildə nizamlı molekulyar inkişafı təkzib edən bir çox zülal növü olduğunu bildirən Şveyb belə deyir:

Relaksin və insulin ailələri molekulyar təkamülün klassik “bir nəsil ağacından təkamüllə törəmə” izahı qarşısındakı yeganə istisna deyil. Anormal zülal bənzərliyi nümunələrindəki anormallıqlar ancaq təxəyyül gücü ilə məhdudlaşdırıla bilən saya çatır.

Şveyb canlılardakı lizosimlərin, sitoxromların və bir çox hormonun da amin turşusu düzülüşlərinin müqayisə edilməsinin təkamülçülər üçün “gözlənilməz nəticələr və anormallıqlar” üzə çıxardığını bildirir. Şveyb bütün bu dəlillərə əsaslanaraq zülalların hamısının heç bir təkamül keçirmədən əvvəlki formalarına malik olduğunu və molekullar arasında eynilə fosillərdəki kimi heç bir ara keçid formasının olmadığının tərəfdarıdır.

Maykl Denton da molekulyar biologiya sahəsində əldə edilən tapıntılara əsaslanaraq belə şərh verir:

Molekulyar səviyyədə hər canlı sinfi özünəməxsusdur, fərqlidir və digərləri ilə əlaqəsi yoxdur. Ona görə, molekullar eynilə fosillər kimi təkamülçü biologiya tərəfindən uzun müddət axtarılan nəzəri ara keçidlərin olmadığını göstərmişdir... Molekulyar səviyyədə heç bir orqanizm digərinin “əcdadı” deyil, digərindən daha “ibtidai” və ya “təkmil” də deyil... Əgər bu molekulyar dəlillər bundan bir əsr əvvəl əldə olsaydı... üzvi təkamül düşüncəsi heç vaxt qəbul edilməyəcəkdii.

“Həyat ağacı” məhv olur

1990-cı illərdə canlıların genetik şifrələri haqqında aparılan tədqiqatlar təkamül nəzəriyyəsinin bu sahədə düşdüyü çıxılmaz vəziyyəti bir az da dərinləşdirdi. Bu tədqiqatlarda daha əvvəl təkcə zülal düzülüşləri üzərində aparılan müqayisələr əvəzinə “ribosomal RNT (rRNT)” düzülüşləri müqayisə edilmiş və buna əsaslanaraq “təkamül ağacı” qurmaq istəmişdilər. Amma təkamülçülər nəticələr qarşısında ümidsizliyə düşmüşdülər.

Fransız bioloqlar Herve Filip və Patrik Forterin 1999-cu il tarixli məqalələrində yazdıqlarına əsasən “sekanslar (DNT düzülüşləri) əldə edildikcə bir çox zülalın bir çox zülal filogeniyasının bir-biri ilə və eyni zamanda rRNT ağacı ilə ziddiyyət təşkil etdiyi üzə çıxmışdır”"

“rRNT” müqayisələri ilə bərabər canlıların genlərindəki DNT şifrələri də müqayisə edilmiş, amma yenə təkamül nəzəriyyəsinin irəli sürdüyü “həyat ağacı”na zidd olan nəticələr ortaya çıxmışdır. Molekulyar bioloqlar olan Ceyms Leyk, Reyvi Ceyn və Mariya Rivera 1999-cu ildəki məqalələrində bunu belə açıqlayırlar:

Elm adamları müxtəlif canlıların müxtəlif genlərini təhlil etməyə başladılar və onların bir-biri ilə olan əlaqələrinin rRNT təhlilinə əsasən qurulmuş təkamül həyat ağacı ilə ziddiyyət təşkil etdiyi məlum oldu.

Nəticədə nə zülallar, nə rRNT, nə də genlər üzərində aparılan müqayisələr təkamül nəzəriyyəsinin fərziyyələrini təsdiqləyir. İllinoys Universitetindən məşhur bioloq Karl Vus “filogeniya” (təkamül qohumluğu) anlayışının molekulyar kəşflər nəticəsində əhəmiyyətini itirdiyini belə qəbul edir:

İndiyə qədər qurulan bir çox fərdi zülal filogeniyalarından heç bir əhəmiyyətli canlı filogeniyası meydana gəlməmişdir. Filogenetik uyğunsuzluqlar təkamül nəsil ağacının hər yerində var, köklərindən əsas budaqlarına və əsas qrupların əmələ gətirən qrupların öz aralarında belə.

Molekulyar müqayisələrin təkamül nəzəriyyəsi lehinə deyil, əleyhinə nəticələr verməsi 1999-cu ildə “Elm” (Science) jurnalında dərc olunan “Həyat ağacını kökündən qoparmağın vaxtıdırmı?” (İs it time to uproot the tree of life?) başlıqlı məqalədə də qəbul edilmişdir. Elizabet Pennisi tərəfindən yazılmış məqalədə darvinist bioloqların “təkamül ağacını” əsaslandırmaq üçün həyata keçirdikləri genetik təhlil və müqayisələrin tam əksi yöndə nəticə verdiyi bildirilmiş, “yeni faktların təkamül mənzərəsini qaraltdığı” ifadə edilmişdir:

Bir il əvvəl bir düjindən çox mikroorqanizmin yeni düzülmüş genomlarını təhlil edən bioloqlar bu məlumatların həyatın erkən dövrlərinin tarixi haqqında qəbul edilmiş fikirləri dəstəkləyəcəyini ümid etmişdilər. Amma gördükləri şey onları heyrətə saldı. O an mövcud olan genomların müqayisə edilməsi canlıların böyük qruplarının necə ortaya çıxdığına dair mənzərəni işıqlandırmadığı kimi onu bir az da qarışdırdı. İndi əldə olan 8 yeni mikrobial düzülüşlə birlikdə vəziyyət daha da qarışıqdır...

Bir çox təkamülçü bioloq həyatın başlanğıcını üç əsas aləmdə tapa biləcəklərini düşünürdülər... Bütöv DNT düzülüşləri başqa cür genlərin müqayisə edilməsinin yolunu açdıqda tədqiqatçılar asanlıqla bu ağaca daha çox detal əlavə edəcəklərinə ümid edirdilər. Amma “heç nə həqiqətən bu qədər qeyri-mümkün ola bilməzdi” Rokvil Merilenddəki Genom Tədqiqatı İnstitutunun rəhbəri Kler Freyzer deyir. Əksinə, (genetik) müqayisələr həm rRNT ağacı ilə, həm də bir-birləri ilə ziddiyyət təşkil edən bir çox müxtəif həyat ağacı versiyasını ortaya çıxardı.

Qısaca desək, molekulyar biologiya inkişaf etdikcə homologiya məfhumu da daha çox mənasını itirir. Zülallar rRNT və ya genlər arasındakı müqayisələr təkamül nəzəriyyəsinə əsasən bir-birinin yaxın qohumu hesab edilən canlıları bir-birindən çox uzaqlaşdırır. 1996-cı ildə 88 zülalın düzülüşü üzərində aparılan müqayisələr dovşanları gəmiricilər əvəzinə primatlara yaxınlaşdırmışdır. 1998-ci ildə 19 müxtəlif heyvan növünün 13 geni üzərində aparılan təhlillər dəniz kirpilərini (heç bir təkamül əlaqələri iddia edilməyən) xordalılar tipinə yaxın göstərmişdir. 1998-ci ildə 12 müxtəlif zülal əsasında aparılan müqayisələr inəkləri balinalara atlardan daha yaxın çıxarmışdır.

Canlılar molekulyar səviyyədə təhlil edildikcə təkamül nəzəriyyəsinin homologiya fərziyyələri bir-bir məhv olur. Amerikalı molekulyar bioloq Conatan Uelz 2000-ci ildəki vəziyyəti belə xülasə edir:

Müxtəlif molekullara əsasən qurulmuş ağaclardakı uyğunsuzluqlar və molekulyar təhlillər nəticəsində üzə çıxan qəribə nəticələr artıq molekulyar filogeniyanı böhrana sürükləmişdir.

Peki bu durumda canlılardaki benzer yapıların bilimsel açıklaması nasıl yapılabilir? Bu sorunun cevabı, Darwin'in evrim teorisi bilim dünyasına hakim Bəs, bu halda canlılardakı bənzər formaların elmi açıqlaması necədir? Bu sualın cavabı Darvinin təkamül nəzəriyyəsi elm dünyasına hakim olmadan əvvəl verilmişdir. Canlılardakı oxşar orqanları ilk dəfə gündəmə gətirən Karl Linney və ya Riçard Ouen kimi elm adamları bu orqanları “ortaq yaradılış” nümunəsi hesab etmişlər. Yəni oxşar orqanlar və ya bənzər genlər ortaq əcdaddan təsadüfən təkamüllə törədikləri üçün deyil, müəyyən bir funksiyanı yerinə yetirmək üçün yaradıldıqları üçün bənzərdir.

Müasir elmi kəşflər isə oxşar orqanlarla bağlı irəli sürülən “ortaq əcdad” iddiasının əsassız olduğunu və yeganə açıqlamanın sözügedən “ortaq yaradılış” olduğunu göstərir.
 
     

283 Frank Salisbury, "Doubts About the Modern Synthetic Theory of Evolution", American Biology Teacher, Eylül 1971, s. 338.
284 Dean Kenyon, Davis Percical, Of Pandas and People: The Central Question of Biological Origins (Dallas: Haughton Publishing, 1993), s. 33.
285 Dean Kenyon, Percival Davis, Of Pandas and People, s. 117.
286 Michael Denton, Evolution: A Theory in Crisis, Burnett Books, London, 1985, p. 145.
287 Gavin De Beer, Homology: An Unsolved Problem, London: Oxford University Press, 1971, p. 16.
288 Pere Alberch, "Problems with the Interpretation of Developmental Sequences", Systematic Zoology 34 (1): 46-58, 1985.
289 Raff, Rudolf A, The Shape of Life: Genes, Development and the Evolution of Animal Form, Chicago(1996): The University of Chicago Press.
290 Coates M. 1991, New palaeontological contributions to limb ontogeny and phylogeny. In: J. R. Hinchcliffe (ed.) Developmental Patterning of the Vertebrate Limb 325-337. New York: Plenum Press; Coates M. I. 1996. The Devonian tetrapod Acanthostega gunnari Jarvik: postcranial anatomy, basal tetrapod interrelationships and patterns of skeletal evolution, Transactions of the Royal Society of Edinburgh 87: 363-421.
291 Denton, Michael, Evolution: A Theory in Crisis (Bethesda, MA: Adler & Adler, 1985), s. 151, 154.
292 Fix, William, The Bone Peddlers: Selling Evolution (New York: Macmillan Publishing Co., 1984), s. 189.
293 Karen Hopkin, "The Greatest Apes", New Scientist, 15 Mayıs 1999, s. 27
294 Theodosius Dobzhansky, Genetics of the Evolutionary Process (1970), s. 17-18.
295 Pierre Paul Grasse, Evolution of Living Organisms, New York: Academic Press, 1977, s. 194.
296 Mike Benton, "Is a Dog More Like Lizard or a Chicken?" New Scientist, cilt 103, 16 Ağustos 1984, s. 19.
297 Paul Erbrich, "On the Probability of the Emergence of a Protein with a Particular Function", Acta Biotheoretica, vol. 34, 1985, s. 53.
298 Christian Schwabe, "On the Validity of Molecular Evolution", Trends in Biochemical Sciences, cilt 11, Temmuz 1986.
299 Christian Schwabe, "Theoretical Limitations of Molecular Phylogenetics and the Evolution of Relaxins", Comparative Biochemical Physiology, cilt 107 B, 1974, s. 171-172.
300 Christian Schwabe ve Gregory W. Warr, "A Polyphyletic View of Evolution", Perspectives in Biology and Medicine, cilt 27, İlkbahar 1984, s. 473.
301 Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, s. 290-291.
302 Hervé Philippe and Patrick Forterre, "The Rooting of the Universal Tree of Life is Not Reliable", Journal of Molecular Evolution, vol 49, 1999, s. 510.
303 James Lake, Ravi Jain ve Maria Rivera, "Mix and Match in the Tree of Life", Science, vol. 283, 1999, s. 2027.
304 Carl Woese, "The Universel Ancestor", Proceedings of the National Academy of Sciences, USA, 95, (1998) s.6854.
305 Elizabeth Pennisi, "MICROBES, IMMUNITY, AND DISEASE: Is It Time to Uproot the Tree of Life?", Science, vol. 284, no. 5418, Issue of 21 May 1999, s. 1305-1307.
306 Jonathan Wells, Icons of Evolution, Regnery Publishing, 2000, s. 51.

© 2011 www.heyatingercekmenseyi.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz.